İlham Şahmuradov

İlham Şahmuradov (1 yanvar 1958, Qubadlı) — Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasının professoru, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Biologiya, Ekologiya və Torpaqşünaslıq fakültələrində Bioinformatika üzrə kursların rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü[1]

İlham Şahmuradov
Şahmuradov İlham Əyyub oğlu
Fayl:İlham Şahmuradov.jpeg
Doğum tarixi 1 yanvar 1958(1958-01-01) (66 yaş)
Doğum yeri
Fəaliyyəti həkim
Elmi dərəcəsi
Elmi adı

İlham Şahmuradov 1958-ci il 1 yanvarda Qubadlı rayonunda anadan olmuşdur.1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir.

Universiteti bitirdikdən sonra 1979–1981-ci illərdə Azərbaycan EA Bioloji Tədqiqatlar Elmi Mərkəzində işləmiş, daha sonra isə SSRİ EA Sibir bölməsinin Sitologiya və Genetika İnstitutunda təcrübə keçmiş (1981–1982) və məqsədli aspirantura (1982–1985) təhsilini davam etdirmiş, 1987-ci ildə "Genetika" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Ailəlidir, 2 övladı var.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

[redaktə | mənbəni redaktə et]
  • 1. Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin Baş katibi
  • 2. YUNESKO-nun "Bioetika, Elm və Texnologiyaların Etikası" Azərbaycan Milli Komitəsinin üzvü.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1. Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasının professoru (0.5 ş.v.);
  • 2. Bakı Dövlət Universitetinin Biologiya, Ekologiya və Torpaqşünaslıq fakültələrində Bioinformatika üzrə kursların rəhbəri

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • 1. 1980-ci illərdə müqayisəli kompleks kompüter analizi yolu ilə insan, heyvan və bitki mənşəli təkrarlanan DNT ardıcıllıqlarının bir səra quruluş və təkamül xüssusiyyətləri aşkar edilmiş və bu nəticələr əsasında belə bir fərziyyə irəli sürülmüşdür ki, eukariot genomlarının böyük hissəsini təşkil edən təkrarlanan DNT ardıcıllıqları qonşuluqda yerləşən genlərin və genom nahiyyələrinin transkripsiyasının tənzimlənməsində iştirak edə bilərlər; bu fərziyyənin doğruluğu sonralar çoxsaylı təcrübi faktlarla təsdiq olunmuşdur.
  • 2. İnsan, heyvan və bitki genomlarında transkripsiyanın start saytlarının və tənzimləyici elementlərinin, ilkin mRNT-nin poliadenilləşmə saytlarının axtarışı üzrə yüksək dəqiqliyə malik bir sıra kompüter analizi vasitələri — PromH, PromHP, TSSP-TCM, nsite, nsiteM, nsiteH və POLYAR proqramları, bitkilərin RNT polimeraza II promotorları üzrə PlantProm məlumat bazası yaradılmışdır (http://softberry.com Arxivləşdirilib 2021-12-13 at the Wayback Machine; https://210.56.13.11/index.html[ölü keçid]).
  • 3. Müəyyən edilmişdir ki, Arabidopsis və düyünün (Oryza sativa) nüvə genomlarında "Quyruq-Baş" (Tail-to-Head) yerləşmiş qonşu gen cütlərinin "dayanmadan" (non-stop) birgə transkripsiyası və yaranan transkriptlərin sonraki alternativ splaysinqi və translyasiyası nəticəsində ximer polipeptidlər törənə bilər.
  • 4. Bir sıra ali bitkilərin (Arabidopsis, düyü, şərab üzüm, qara qovaq, qarğıdalı, soya) nüvə genomunda plastid və mitoxondri mənşəli DNT ardıcıllıqlarının yayılma spektri və miqyası aydınlaşdırılmış, bəzi plastid və mitoxondri genlərinin intakt nüvə nüsxələrinin ekspressiya olunmasına dəlalət edən faktlar aşkar edilmişdir.

Elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]
  • 1. Shahmuradov IA, Abdulazimova A. U., Khan F. Z., Solovyev V. V., Mustafayev N. Sh., Akbarova Y. Yu., Qamar R., Aliyev J. A. The PlantProm DB: recent updates. In: Proceddings of the 2012 International Conference on Biomedical Engineering and Biotechnology (iCBEB), 28–30 may 2012, Macau, China (http://www.icbeb.org/index.aspx Arxivləşdirilib 2012-02-19 at the Wayback Machine)
  • 2. Solovyev VV, Shahmuradov IA, Salamov AA (2010) Identification of promoter regions and regulatory sites. In: Computational Biology of Transcription Factor Binding (Methods in Molecular Biology). Editor: Istvan Ladunga. Springer Science+Business Media, Humana Press, 2010, 674, Chapter 5, DOI 10.1007/978-1-60761-854-6_5.
  • 3. Akhtar MN, Bukhari SA, Fazal Z, Qamar R, Shahmuradov IA (2010) POLYAR, a new computer program for prediction of poly(A) sites in human sequences. BMC Genomics, 11:646
  • 4. Shahmuradov IA, Abdulazimova A. U., Aliyev JA, Qamar R, Chohan S, Solovyev VV (2010) Mono- and Bi-Cistronic Chimeric mRNAs in Arabidopsis and Rice Genomes. Applied and Computational Mathematics, 9, 19–33
  • 5. Akbarova YA, Shahmuradov IA, Solovyev VV (2010) Possible Functional and Evolutionary Role of Plastid DNA Insertions in Rice. Applied and Computational Mathematics 2010, 9, 66–81
  • 6. Shahmuradov IA, Solovyev VV, Gammerman AJ (2005) Plant promoter prediction with confidence estimation. Nucleic Acids Research 33(3):1069–1076

7. Shahmuradov IA, Gammerman AJ, Hancock JM, Bramley PM, Solovyev VV (2003). PlantProm: a database of plant promoter sequences. Nucl. Acids. Res. 31: 114–117

8. Shahmuradov IA, Solovyev VV (2003) PromH: promoters identification using orthologous genomic sequences. Nucl. Acids. Res., 31, 3540–3545

9. Shahmuradov IA, Akbarova YYu, Solovyev VV, Aliyev JA (2003) Abundance of plastid DNA insertions in nuclear genomes rice and Arabidopsis. Plant Molecular Biology, 52, 923–934

10. Gordon L, Chervonenkis AYa, Gammerman A. J., Shahmuradov IA, Solovyev VV (2003). Sequence alignment kernel for recognition of promoter regions. Bioinformatics, 19, 1964–1971

11. Gordon L, Chervonenkis AYa, Gammerman AJ, Shahmuradov IA, Solovyev VV (2003) In: "Advanced in Intelligent Data Analysis V", Proceedings of 5th International Symposium on Intelligent Data Analysis (IDA 2003), Berlin, Germany, 2003 (Eds.: Merthold M. R., Lenz H-J., Bradley E., Kruse R., Borgelt C.), Springer, 2003, p. 386–3

12. Shahmuradov IA, Akberova YY, Mustafayev NS., Abdulazimova AU, Aliyev JA (2000) Computer analysis reveals a set of additional promoter elements upstream of maize plastid genes. In: Proceedings of The Second International Conference on Bioinformatics of Genome Regulation and Structure. Novosibirsk, Russia, 2000, Part 1, p. 142–144

13. Mamedov AC, Shahmuradov IA, Suleymanova ZJ, Aliev JA (1998) Some peculiarities of Cicer arietinum chloroplast genome. In: "Photosynthesis: Mechanisms and Effects". Budapest, Vol. IV, Kluwer Academic Publishers, Netherlands, 1998, 3039–3042

14. Kapitonov VV, Kolchanov NA, Shahmuradov IA (1993) Phylogenetic analysis of Alu repeats. In: "Computer analysis of genetic macromolecules . Structure, Function and Evolution", World Scientific, 1993, 181–186

15. Kapitonov VV, Kolchanov NA, Shahmuradov IA (1993) Evolutionary dynamics of the number of Alu repeats in Human genome. — In: "Computer analysis of genetic macromolecules . Structure, Function and Evolution", World Scientific, 1993, 186–192

16. Kapitonov VV, Kolchanov NA, Shahmuradov IA (1993) Computer simulation of Alu repeat evolution. — In: "Computer analysis of genetic macromolecules . Structure, Function and Evolution", World Scientific, 1993, 192–196

17. Kapitonov VV, Kolchanov NA, Shahmuradov IA (1993) Distribution of Alu repeats in the genome: cluster formation and specificities of insertion sites. — In: "Computer analysis of genetic macromolecules . Structure, Function and Evolution", World Scientific, 1993, 197–205 Kapitonov VV, Shakhmuradov IA, Kolchanov NA (1989) Evolution of Alu repeats: Imitation model. Genetics (USSR/Russia), 25,1111–1118

18. Shakhmuradov IA, Kapitonov VV, Kolchanov NA, Omelyanchuk LV (1989). Evolution of Alu repeats: Dynamics of propagation in genome. Genetics (USSR/Russia), 25, 1682–1689

19. Kolchanov NA, Shakhmuradov IA, Kapitonov VV, Omelyanchuk LV (1988) Evolutionary aspects of the mammalian Alu repeats. Molecular Biology (USSR/Russia), 22, 1335–1344

20. Kapitonov VV, Kolchanov NA, Shakhmuradov IA, Solovyev VV (1987) The existence of the sites homological to the regulatory site of heat-shock in mobile genetic elements. Genetics (USSR/Russia), 12, 2112–2119

21. Bogachev SS, Blinov AG, Blinov VM, Gaidamakova EK, Kolesnikov NN, Kiknadze II, Shakhmuradov IA (1986) Some structural elements in DNA sequence from Balbiani ring of IV Chromosome of Chironomus thummi. Proceedings of Academy of Sciences of (former) USSR (now Russia), 288, 230–233

22. Shakhmuradov IA, Kolchanov NA, Solovyev VV, Ratner VA (1986) Enhancer-like structures in middle repetitive DNA elements of eukaryotic genomes. Genetics (USSR/Russia), 22, 357–367

  1. "AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri açıqlanıb". Trend (az.). az.trend.az. 1 İyul 2014, 12:18. 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]