İlham Əsəd oğlu Əsədov (d. 1 may 1970, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiyanın əməkdar artisti (2016), Azərbaycan Respublikasının əməkdar artisti (2018).
İlham Əsədov | |
---|---|
İlham Əsəd oğlu Əsədov | |
Doğum tarixi | |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1994–indiyə kimi |
Teatr | Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı |
Mükafatları |
İlham Əsədov 1970-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1994-cü ildən "İlham" Miniatür teatrının, 2003-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.
2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır. İ.Əsədov mart ayının 8-də Kalmıkiyanın paytaxtı Elista şəhərində Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Восток – дело тонкое" adlı konsert proqramı ilə çıxış etmişdir. Kalmıkiya Dövlət Filarmoniyasında baş tutan konsertdə aktyor- müğənni Filarmoniyanın direktoru, Kalmikiya Respublikasının Əməkdar İncəsənət Xadimi Arkadi Mandjiyevlə bir səhnəni bölüşmüşdür. Bir sıra dövlət rəsmilərinin iştirak etdiyi konsert proqramında İ.Əsədova Kalmıkiya Respublikasının başçısı İ.Zotovun imzası ilə "Azərbaycan və Kalmık xalqları arasındakı mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə" "Təşəkkürnamə" təqdim olunmuşdur.
2016-cı il iyul ayının 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin təsis etdiyi "Sima" mükafatına "Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı" nominasiyası üzrə layiq görülmüşdür. 2016-ci ilin noyabr ayının 9-da Kalmıkiya Respublikasının Əməkdar Artisti Fəxri adına layiq görülmüşdür. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
1. Kral - («Çəkməli pişik», Ş.Perro)
2. Keçi - («Pişiyin evi», S.Marşak)
3. Əmrah - («Pəri Cadu», Ə.B.Haqverdiyev)
4. Bircu - («Hind fantaziyası», R.Əliyev)
5. Otto - («Viktoriya», K.Hamsun)
6. Tacir - («Ələddinin sehrli çırağı», Ərəb xalq nağılı)
7. Atlı, Alabaş - («Tıq-tıq xanım», A.Şaiq)
8. Quldur - («Qar kraliçası», H.X.Andersen)
9. Tacir - («Sirr», A.Axundova)
10. Cek Cüvəllağı - («Oliver Tvistin macəraları» Ç.Dikkens)
11. Şoumen - («Mənim ağ göyərçinim» T.Vəliyeva)
12. Rejissor köməkçisi - («Məhv olmuş gündəliklər» İ.Əfəndiyev)
13. İlham - («Qoca kloun» M.Vişnek)
14. Göygöz Kosa - «Şahzadə Xəzərin nağılı» K.Ağabalayev, N.Kazımov)
15. Cavanşir - (“Sarıköynəklə Valehin nağılı” İ.Əfəndiyev)
16. Karlo - (“Buratinonun macəraları”, A.Tolstoy)
17. Azad - (“Arzu və Murad” S.Elsevər)
18. Syuqdek - (“Qohumlar” V.Şuqrayeva, Ə.Əmirli)
19. Odabaşı - (“Xortdanın cəhənnəm məktubları” Ə.Haqverdiyev)
20. Famil - (“Ünvansız qatar”, Ə.Əmirli)
21. Çipollone - (“Çipollino” C.Rodari)
22. IV aktyor- (“Eşq-i-Nigar”, “Koroğlu dastanının motivləri əsasında)
23. Poçtalyon, polis - (“Çeburaşka” Eduard Uspenski)
24. Hersoq - (“Don Kixot”, M.Servantes)
25. Bəynəzər - (“Varislər”, İ.Zəyniyev)
26. Firuz - (“Şəhərin qış gecələri”, Anar)
27. Həsən - (“Balaca, yaramaz məxluq”, İ.İman)
28. Müstəntiq - “Kod adı V.X.A” (M.Ələkbərzadə)
"İlham" Miniatür Teatrı (1994–2003)
1.Ər – ("Karnaval və eşq-məhəbbət", C.Aslanoğlu)
2.Şahbaz – ("Müsyo Jordan və Dərviş məstəli şah", M.F.Axundov)
3.Qulamov – ("Əl əli yuyar", Anar)
4.Müğənni– ("Bəxtimin kələyi") "İlham" Miniatür Teatrı