İlham Abbasov (idmançı)

İlham Abbasov (21 sentyabr 1969; Cəlilabad, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.

İlham Abbasov
Şəxsi məlumatlar
Tam adı İlham İslam oğlu Abbasov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (54 yaş)
Doğum yeri Cəlilabad, Azərbaycan SSR
İdman növü Güləş
Boyu 168 sm. (5 ft 6 in)

Həyatı[redaktə | mənbəni redaktə et]

İlham İslam oğlu Abbasov 1969-cu il sentyabrın 21-də Cəlilabad şəhərində anadan olub.[1] 1991-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutundan məzun olub.

Karyerası[redaktə | mənbəni redaktə et]

İlham Abbasov 1993-cü ildə İstanbul şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[2] Turnirin final görüşündə Rusiya nümayəndəsi Məhəmməd Əzizova məğlub olan İlham Abbasov Avropa Çempionatının gümüş medalına sahib oldu. Bununla da İlham Abbasov Avropa Çempionatında medala sahib olan birinci azərbaycanlı sərbəst güləşçi oldu.

1994-cü ildə Roma şəhərində baş tutan Avropa Çempionatını isə İlham Abbasov beşinci pillədə başa vurdu.[3]

Uğurları[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
1993
Avropa Çempionatı Türkiyə İstanbul
2.
2
1994
Avropa Çempionatı İtaliya Roma
5.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. International Wrestling Database. "ILHAM ABBASOV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2023-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  2. International Wrestling Database. "1993 // European Championship // Seniors // Freestyle // 62 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2023-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. International Wrestling Database. "1994 // European Championship // Seniors // Freestyle // 62 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.