İlham Cabbarov

İlham Cabbarov{{DVTY}} şablonu boşdurAzərbaycanlı şəhid.

İlham Cabbarov
Cabbarov İlham Mirəli Oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Basarkeçər
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Cəbrayıl
Vəfat səbəbi Şəhid
Dəfn yeri Gəncə Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan
Hərbi fəaliyyəti
Qoşun növü Milli Ordu
Hərbi hissə 773 saylı hərbi hissə
Rütbə Əsgər
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Cabbarov İlham Mirəli oğlu 1 yanvar 1960-cı ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Subatan kəndində anadan olmuşdur. Səkkizillik təhsilini kənd məktəbində aldıqdan sonra kənddə tam orta məktəb olmadığına görə Azərbaycan Respublikasının Xanlar (indiki Göygöl) rayonuna gəlmiş yaxın qohumlarıgildə yaşamış və oradakı orta məktəbi bitirmişdir. Orta məktəbi qızıl medalla bitirdikdən sonra İlham Cabbarov Özbəkistan Respublikasının Əndican şəhərində Toxuculuq İnstitutuna daxil olmuşdur. 1988-ci ildə erməni qəsbkarları azərbaycanlıları doğma ocaqlarından didərgin saldığı zaman İlhamgilin ailəsi də Gəncə şəhərinə pənah gətirmişdir. İlham Cabbarov ailəsinə kömək etmək məqsədilə Özbəkistandan qayıdaraq Gəncə şəhərinə gəlmiş, təhsilini Azərbaycan Texnologiya Universitetində davam etdirmişdir. O, oxuya-oxuya Toxuculuq kombinatında əmək fəaliyyətinə başlamışdır[1].

Hərbi xidmət[redaktə | mənbəni redaktə et]

Erməni faşistlərinin Azərbaycan torpaqlarına olan iddiaları İlhamı rahat qoya bilməmiş, o, könüllü olaraq Milli Ordu sıralarına daxil olmuş, 773 saylı hərbi hissənin tərkibində xidmət etməyə başlayaraq podpolkovnik Yusif Teymurovun batalyonunda tankçı kimi böyüş igidlik göstərmişdir. Cəsur döyüşçü az müddət içərisində rəşadətinə görə böyük hörmət qazanmışdır. O, Daşaltı, Şuşa, Laçın, Qubadlıda dəfələrlə ölümlə üz-üzə dayansa da çevikliyi və ayıqlığı nəticəsində düşməni məhv edib azad ola bilmişdir. Həmçinin İlham Cabbarov üçrəngli bayrağımızı ermənilərin istekam seçdikləri Mundar qayasının üzərinə də sancmışdır. İlham Cabbarovun son döyüşü 1992-ci ilin iyul ayının 28-də olmuşdur. Cəbrayıl rayonunun Sur kəndi uğrunda gedən ağır döyüşlər zamanı Cabbarov İlham Mirəli oğlu düşmən snayperinin gülləsinə tuş gəlmiş, döyüş yoldaşları İlhamı Mərcanlı kənd xəstəxanasına çatdırsalar da həkimlər igid həmyerlimizin həyatını xilas edə bilməmişlər. İki övlad atası olan Cabbarov İlham Mirəli oğlu xəstəxanada gözlərini əbədi yummuşdur. Ölümündən cəmi iki gün sonra Azərbaycan Texnologiya Universitetin "Toxuculuq sənaye texnologiyası" fakültəsinin beçinci kurs tələbəsi İlham Cabbarov diplom müdafiəsinə girməli imiş, təhsilini bitirərək mühəndislik diplomunu ala bilməyən İlham Cabbarov bunun əvəzində vətənin unudulmaz şəhidi statusunu almış və Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-12.