İlham Məmmədov (azərb. Məmmədov İlham İslam oğlu; 30 dekabr 1951, Bakı – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
İlham Məmmədov | |
---|---|
azərb. Məmmədov İlham İslam oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
İlham Məmmədov 1951-ci ilin 30 dekabr tarixində Bakıda anadan olub. İki övladı yadigar qalıb. Körpəlik vaxtında dayəsinin qucağında olarkən avtomobil tərəfindən vurulub.
Anası Nəcibə xanımın dedikləri:
— "Aparmadığımız xəstəxana, göstərmədiyimiz həkim qalmadı, oğlum əlil qaldı. Dərd də azar kimi, gələndə batmanla gəlir. Bu dərd bəs deyilmiş elə bil… həmin gecə axşam otura bilmədi evdə. "Gedim baş çəkim, bir azdan gəlirəm" — dedi və getdi. Atışma başlayanda narahat olduq. Başladıq axtarmağa. Gecə saat 3-də Semaşko adına xəstəxanadan tapdıq. İlahi, balam nə gündə idi. Üz-gözü qan içində. Döyülməkdən bədəni gömgöy göyərmişdi. Zarıyırdı. Anasını tanımadı balam. Səhər keçindi. |
Bakı şəhər qəbiristanlığında dəfn edilib.
Bu ünvanda yaşamışdır: Bakı, S. Vurğun küçəsi, ev 116, mənzil 50.