İlham Məmmədov (gizir)

İlham Məmmədov — (12 avqust 1969, Kirovabad6 mart 1993, Ulu Qarabəy, Tərtər rayonu) — Azərbaycanlı şəhid.

İlham Məmmədov
Məmmədov İlham Məcid Oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gəncə
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Metişen kəndi
Vəfat səbəbi Şəhid
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan
Təhsili
Hərbi fəaliyyəti
Qoşun növü Milli Ordu
Hərbi hissə 151 saylı hərbi hissə
Xidmət illəri 1992-1993
Rütbə Gizir
Döyüşlər Birinci Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

İlham Məmmədov 1969-cu il avqustun 12-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdu. İlham bacarıqlı gənc idi. İdmanla məşğul olurdu. İlham 39 saylı məktəbi bitirmişdi. Orta məktəbi bitirdikdən sonra İlham Məmmədov 1986-cı ildə Texnologiya İnstitutuna daxil olmuşdu. İnstitutda əla qiymətlərlə oxuyurdu. VII tələbə elmi konfransındakı çıxışına görə II dərəcəli diploma layiq görülmüşdür. Kursu bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmışdı. Leninqrad vilayətində həqiqi hərbi xidmətdə olarkən radiasiya və kimyəvi kəşfiyyat tağımında baş kimyaçı vəzifəsində xidmət etmişdi.1989-cu ildə hərbi xidmətdən qayıtmışdı. 1992-ci ildə institutu bitirdikdən sonra bir müddət Alüminium zavodunda işləmişdir[1].

Hərbi xidmət[redaktə | mənbəni redaktə et]

Vətənin başı üstünü qara buludlar alanda İlham Məmmədov 1993-cü il yanvarın 6-da könüllü olaraq Milli Ordu sıralarına yazılmışdı. 151 saylı hərbi hissənin tərkibində Ağdərə döyüşlərində fəal iştirak etmişdi. Gənc döyüşçü Məmmədovun döyüş yolu həddindən artıq qısa olmuşdu. Çox qısa müddət ərzində xidmət etməsinə baxmayaraq İlham Məmmədov zabit-gizir heyətinin hörmətini qazanmışdı. Döyüş yoldaşlarının hər an köməyinə çatan Məmmədov dəfələrlə göstərdiyi xidmətə görə hərbi hissə komandirinin "təşəkkür" məktubuna layiq görülmüşdü. İlham Məcid oğlu Məmmədov 1993-cü il martın 6-da Metişen kəndinin müdafiəsi uğrunda gedən döyüşdə şəhid olmuşdu.

Olümündən sonra[redaktə | mənbəni redaktə et]

39 saylı məktəbdə, Texnologiya Universitetində və Alüminium zavodundakı şəhidlərin Xatirə guşəsində İlham Məmmədov üçün xüsusi yer ayrılmışdı. Yaşadığı binanın qarşısında "Yadigar bulağı" tikilmişdi. Bulağın yanındakı kiçik torpaq sahəsində 24 qızıl gül kolu (bu İlhamın 24 yaşında vəfat etməsinə işarə idi) əkilmişdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://gencesehidleri.az/sehidler/275-memmedov-lham-mecid-oglu.html