İlkin Bayramov

İlkin Bayram oğlu Bayramov (11 avqust 2001; Pirili, Ağstafa rayonu, Azərbaycan4 aprel 2021; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı.

İlkin Bayramov
İlkin Bayram oğlu Bayramov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Pirili, Ağstafa rayonu, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Suqovuşan, Tərtər rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Pirili, Ağstafa rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Bayram Bayramov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020—2021
Rütbə Əsgər
Təltifləri "Vətən uğrunda" medalı — 2023 "Hərbi xidmətlərə görə" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

İlkin Bayramov 11 avqust 2001-ci ildə Ağstafa rayonunun Pirili kəndində anadan olmuşdur.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

İlkin İkinci Qarabağ müharibəsində iştrak etmişdir. 2021-ci il aprelin 4-ü Suqovuşan istiqamətində, azad edilən ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı mina partlaması nəticəsində xəsarət almışdı. 12 gün komada qalan İlkin, həkimlərin səyinə baxmayaraq, 2021-ci il aprelin 16-sı müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalmışdır. Öz doğma Pirili kəndində torpağa tapşırılmışdır.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Bayramov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[1]

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən İlkin Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
  3. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 25.06.2023. 2023-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.06.2023.