İlkin Həsəni (21 oktyabr 1983, Sabirabad, Azərbaycan SSR) — televiziya aparıcısı, aktyor, prodüser.
İlkin Həsəni | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Sabirabad, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Fəaliyyəti | televiziya aparıcısı, aktyor, prodüser |
Fəaliyyət illəri | 2001—h.h. |
Təhsili | Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti |
IMDb | ID7165458 |
İlkin Həsəni 1983-cü il oktyabrın 21-də anadan olub.[1] Nəsimi rayonu 35 və 164 saylı məktəblərdə rus, son 3 sinfi isə Nərimanov rayonu 2 saylı Dəmir Yolu Liseyində Azərbaycan dili bölməsində təhsil alıb. 2000-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinə daxil olub. 2000–2001-ci illərdə peşəkar foto sənətinə yiyələnib, 2001-ci ildə Gənclər və Turizm Nazirliyinin keçirdiyi fotomüsabiqədə 3-cü, 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə isə 1-ci yerə layiq görülüb. 2001-ci ildən televiziya rejissorluğu fakültəsində təhsilini davam etdirib. Elə həmin ildən Azad Azərbaycan Televiziyasında çalışmağa başlayıb. 106 FM radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra televiziya aparıcısı olub.[2]
"Virtual Time" (106 Fm), "Çox maraqlı", "ATV Maqazin", "Yeni ulduz", "Sözüm var", "Bizim səhər", "Xalq ulduzu", "AutoTime" kimi verilişlərin aparıcısı, "Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir.[3]
İlkin Həsəni 2013-cü ildə hal-hazırda direktoru olduğu "İlk Media" şirkətini təsis edib.[4] 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında Velosiped İdman növü üzrə ulduz səfir seçilmişdir.[5] 2006–2007-ci illərdə Azərbaycan Sərhəd Qoşunlarında hərbi xidmətdə olub və xidmətini baş çavuş rütbəsi ilə başa vurub.
Aktyor kimi
Baş prodüser kimi