İlkin Fərhad oğlu Məmmədov (27 mart 2002, Biləsuvar rayonu – 6 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.[1]
İlkin Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 mart 2002 |
Doğum yeri | |
Vəfat tarixi | 6 noyabr 2020 (18 yaşında) |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ Müharibəsi |
Təltifləri |
İlkin Məmmədov 27 mart 2002-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur.
İlkin Məmmədov orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur.
Şəhid İlkin Məmmədov 6 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]