İlkin Misgərli

İlkin Misgərli (6 yanvar 1983, Salyan rayonu, Azərbaycan SSR) — Azərbaycan aktyoru.

İlkin Misgərli
Doğum tarixi (40 yaş)
Doğum yeri Salyan rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı Zeynəb Misgərli
Fəaliyyəti aktyor

Həyatı[redaktə | mənbəni redaktə et]

İlkin Misgərli 6 yanvar, 1983-cü ildə Salyan rayonunda anadan olmuşdur. Məktəb illərində Salyan rayon dövlət kukla teatrında işləmiş və aktyorluq təcrübəsi qazanmışdır. Təhsil aldığı Salyan rayon 4 saylı orta məktəbində keçirilən siniflər arası KVN yarışlarında öz aktyorluq məharətləri ilə seçilmişdir. Yaxın dostlarının dediklərinə görə hələ 5-ci sinifdə oxuyarkən gələcəkdə aktyor olacağını hər zaman deyirmiş. 2000-ci ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olunmuş, 2004-cü ildə universiteti bitirmiş, bir il Azərbaycan Dövlət Yuğ Teatrında işləmişdir.[1]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Bu Da Bu
  2. Bozbash Pictures
  3. My name is İntiqam (film, 2014)
  4. My name is İntiqam 2: Moldova (film, 2015)
  5. Axırıncı yol (film, 2016)
  6. Gizlənpaç (film, 2016)
  7. Stalinin başı (film, 2016)
  8. Palata 106 (film, 2016)
  9. Brat Li (film, 2017)
  10. Toydan sonra nağara (film, 2017)
  11. Bir xalanın sirri (film, 2018)
  12. Bombaltı (film, 2019)
  13. Buğlama
  14. Komedixana (film,2019-h.h)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İntiqam VALEHOĞLU. ""Mavi" rolunu oynayan aktyorumuz: "Beş min versələr, fikirləşərəm" - MÜSAHİBƏ" (az.). publika.az. 15 yanvar 2015. İstifadə tarixi: 2017-04-03.