Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 6 ay əvvəl İşçiBot (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
İlkin Umarov (24 fevral 1995, Şəki) — Rejissor
İlkin Umarov 23 oktyabr 1995-ci ildə Şəki şəhərində anadan olub. 2002-ci ildə Şəki şəhər 8 saylı orta məktəbə daxil olmuş və 2013-ci ildə həmin məktəbi bitirib. 2004-2011-ci illərdə Şəki şəhər 3 saylı musiqi məktəbində skripka üzrə təhsil aldıqdan sonra bu təhsilini 2011-2013-cü illərdə musiqi kollecində davam etdirib. 2008-ci ildən etibarən bir çox qısa filmin rejissorluğunu etmiş, eyni zamanda bir çox filmin və musiqi kliplərinin montaj rejissorluğunu etmişdir. 2016-cı ildən etibarən həvəskar olaraq rep musiqisi ilə məşğul olmağa başlamışdır.
2011-ci ildə Gələrsən Görərsən - Kinematoqrafçılar İttifaqında Azərbaycan Respublikasının Xalq Artisti, kinorejissor, operator və ssenarist Vaqif Qulam oğlu Behbudov tərəfindən rejissorluq dərsləri almışdır. 2012-ci ildə qardaşı Alik Umarov ilə birlikdə AYFF "Azerbaijani Youth Film Festival" film festivalı üçün ilk filmi olan "Üç Gün" filmini çəkmişdir. Daha sonra 7 il ərzində AYFF-in tərkibində eləcədə fərdi olaraq 9 qısafilmin rejissorluğunu etmişdir. AYYF 2012-2017 ci illər ərzində təşkilatçılıq və təlimçilik (rejissorluq, video montaj və kinematoqrafiya) etmişdir.
Musiqi fəaliyyətinə 2016-cı ilin İyun ayında "Oxumaq qadağandır" adlı sinqlla başlayan İlkin Umarov, cəmi 3 albomun və 40 musiqi parçasının müəllifidir. 2016-cı il oktyabr ayında Tim Miller , Orxan Süleymanov ( Montano ) və Nuran Şahbalayev ( BadKef ) ilə birgə Garnizone Records səsyazma studiyasını qurmuşdur. Garnizone Records-un tərkibində 12 musiqi parçasından ibarət "Danışaq" albomu işıq üzü görmüşdür. 2017-ci il may ayında Garnizon Records dağıdılaraq Nuran Şahbalayevlə ( BadKef ) birgə SRS Records qurulmuşdur. SRS-in tərkibində "Deadline" adlı növbəti albomunu təqdim edən İlkin Umarov 2017-ci ilin oktyabr ayında SRS-in tərkibindən ayrılaraq solo fəaliyyətə başlamışdır.
Danışaq EP[1] Deadline EP [2] U Dönüşü EP
|
|
|
|