Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İlkin vərəm – insanın vərəm mikrobları ilə ilk kontaktı və yoluxması nəticəsində inkişaf edən birinci vərəm xəstəliyinə deyilir.
Çox əksər hallarda ilkin vərəm ağ ciyərdə, az hallarda isə alimentar yolla yoluxma nəticəsində bağırsaqlarda, yaxud da kontakt yolla yoluxma nəticəsində dəridə də inkişaf edir. Adətən uşaq yaşlara təsadüf edir. Lakin uşaq yaşlarda vərəm əleyhinə peyvəndlərlə əlaqədar hal-hazırda cavan və orta yaşlarda da başlana bilir.
Vərəmin digər klinik-morfoloji növlərindən fərqli olaraq ilkin vərəm aşağıdakı xarakter xüsusiyyətlərlə səciyyələnir:
İlkin vərəmin morfologiyası ilkin vərəm kompleksindən ibarətdir. Buna ilkin vərəm triadası da deyilir. İlkin vərəm kompleksi 3 komponentdən təşkil olunur:
İlkin vərəm ocağı adətən vərəm mikobakteriyalarının toxuma ilə ilk kontaktı nahiyəsində formalaşır. Beləliklə, də aerogen yolla yoluxma zamanı ən çox sağ ağ ciyərin daha yaxşı aerasiya olunan, yəni subplevral III, VIII, IX və X seqmentlərində yerləşir.
Limfangit ilkin vərəm ocağından toxuma mayesini ağ ciyər qapısındakı limfa düyünlərinə aparan limfa damarlarında baş verir. İlkin vərəm ocağındakı vərəm çöpləri qısa müddətdə həmin limfa damarlarına da keçir. Limfa damarlarında limfostaz, damarətrafı sahələrdə kəskin ödem, limfa damarl boyunca limfo-histiositar infiltrasiya, çoxlu sayda vərəm qranulomaları inkişaf edir. Beləliklə, limfa damarlarının vərəm mənşəli iltihabı – kazeoz limfangit baş verir.
Çox qısa müddətdə vərəm prosesi limfangitə məruz qalmış limfa damarlarından ağ ciyər qapısındakı ilk rast gəlinən limfa düyünlərinə – bronxopulmonal, bronxial və bifurkasion limfa düyünləri də keçir. Bu limfa düyünləri kəskin şəkildə böyüyür və nekrozlaşırlar. Beləliklə, vərəm prosesinə regionar limfa düyünləri də cəlb olunur və ilkin vərəm kompleksinin üçüncü komponenti olan spesifik vərəm limfadeniti (kazeoz limfadenit) baş verir. Onu da qeyd etmək lazımdır ki, limfa düyünlərində vərəm prosesi yalnız ilkin vərəm zamanı inkişaf edir.