İlle Tuktaş (çuvaş Илле Тукташ; 29 iyul 1907 və ya 3 (16) avqust 1907[1] – 20 yanvar 1957[1], Çeboksarı) — XX əsrin görkəmli çuvaş şairi, nasiri, folklorçu, Çuvaş Yazıçılar Birliyinin sədri (1945-1946), Çuvaş Respublikasının dövlət himninin müəllifi
İlle Tuktaş | |
---|---|
İlya Semyonoviş Semyonov | |
Təxəllüsü | Ille Toktash |
Doğum tarixi | 29 iyul 1907 və ya 3 (16) avqust 1907[1] |
Vəfat tarixi | 20 yanvar 1957[1] (49 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Milliyyəti | Çuvaş |
Təhsili | Çebaksarı Partiya Məktəbi |
Fəaliyyəti | şair, tərcüməçi, jurnalist, yazıçı |
Fəaliyyət illəri | 1939-cu ildən |
Əsərlərinin dili | Çuvaş dili |
Janrlar | Şeir, hekayə |
Üzvlüyü |
İlya Semyoniviç Tuktaş 29 iyul 1907-ci ildə Çuvaş Respublikasının Alikovo rayonunun Böyük Tuktaş kəndində çuvaş türkü ailəsində anadan olmuşdur.[2] İbtidai məktəbi Böyük Tuktaş kəndində, səkkiz illik məktəbi Krasnoçetayskda bitirmişdir. On beş yaşında ikən gəncllər hərəkatında fəal iştirak etmişdir. 1925-ci ildə Alikovoda komsomol komitəsinin katibi olur. 1926-1928-ci illərdə İlleTuktaş Çeboksarı partiya məktəbində oxumuşdur. Sonra “Gənc kəndli” (Çамрăк хресчен) qəzeti və “Hazır ol” (Хатĕр пул) jurnalının redaksiyasında işləmişdir. 1930-1932-ci illərdə Samara şəhərində çıxan "Kolxozçu" qəzetinin məsil katibi olmuşdur.
İlya Semenoviç, M. İsayev, İ.V.Viktorov və V.Z. İvanov-Paymen ilə birlikdə, “Orta Volqa” (Вăтам Атӑл) antologiyasının nəşrinə böyük əmək sərf etmişdir. Daha sonra Çuvaş Kitab Nəşriyyatında, Çuvaşiya Elmi-Tədqiqat İnstitutunda çalışmışdır. 1942-1944-cü illərdə II Dünya savaşı cəbhələrində hərbi müxbir olmuşdur. Cəbhədən qayıtdıqdan sonra Çuvaşiya Yazıçılar Birliyinin İdarə Heyətinin sədri seçilmişdir. Müharibədən ağciyər vərəmi xəstəsi kimi qayıtmış İlle Tuktaş bu xəstəlikdən sağala bilməmiş, 20 yanvar 1957-ci ildə vəfat etmişdir. Çeboksarı şəhərinin xatirə qəbiristanlığında dəfn edilmişdir.
Ədəbi yaradıcılığa 1927-1928-ci illərdə başlamışdır. 1930-cu ildə N.Yanqas və M.Uypla birlikdə ilk şeirlər kitabı nəşr olunmuşdur. O daha çox lirik şeir janrında əsərlər yaratmışdır. Onun “Ağ göyərçin” (Шур кăвакарчăн), “Böyü, ölkəm, güclən” (Ӳс, çĕршыв, хăватлан), “Doğma yurd” (Тӑван çĕршыв) şeirləri çuvaş ədəbiyyatının qızıl fonduna daxil edilmişdir. Bəstəkar German Lebedevin İlya Tuktaşın “Doğma yurd” (Тӑван çĕршыв) şeirinə yazdığı musiqi Çuvaş Respublikasının dövlət himnidir.
O, həmçinin hekayə və povestlər müəllifidir. İlle Tuktaş tərcümə yaradıcılığı ilə də məşğul olmuş, M.Şoloxovun “Oyanmış torpaq” və “Sakit Don” romanlarının bəzi hissələrini, M.Qorkinin “Qız və ölüm” poemasını, “Şahin nəğməsi” hekayəsini, U.Şekspirin sonetlərini, Ə.Nəvainin şeirlərini və digər əsərləri çuvaş dilinə çevirmişdir. İlle Tuktaş uzun illər folklor materiallrı toplamış və həmin örnəkləri “Çuvaş folkloru” (Чăваш фольклорĕ) kitabında 1941, 1949-cu illərdə nəşr etdirmişdir.