İllik hesablı səviyyə

İllik hesablı səviyyə (Anualized rate) - Hər hansı bir göstəricinin ilin müəyyən dövrünə aid qiyməti əsasında hesablanan illik səviyyəsi. Məsələn, aylıq (rüblük) gəlir səviyyəsi və ya faiz dərəcəsi əsasında illik gəlir səviyyəsi və ya faiz dərəcəsinin hesablanması. Əgər həmin göstəricilərin ilin digər aylarında da (rüblərində də) eyni olması gözlənilirsə, onda illik hesablı gəlir səviyyəsini və ya faiz dərəcəsini müəyyənləşdirmək üçün bir aylıq (rüblük) göstərici 12-yə (4-ə) vurulur. Əgər göstəricinin ilin dövrləri üzrə səviyyəsi dəyişkəndirsə, onda illik hesablı səviyyənin hesablanması üçün onun müvafiq dövrlər üzrə orta səviyyəsindən (dərəcəsindən) və ya müvafiq riyazi hesablamalardan, əsasən də, ekstrapolyasiya üsulundan istifadə olunur.  [1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.105