Xalça toxunarkən, ümumiyyətlə, iki ərişə bir ilmə salınır. İlmə salınarkən yun ip iki ərişə dolanıb düyünlənir, qalan iki ucu isə xalçanın xovunu yaradır.
İlmə iki hissədən ibarətdir:
İlmənin ucları –qanadlarına ilmətoxunuşun uzunluğu da deyirlər.
İlmənin uzunluğu xalçada sıxlığın aşağı olması ilə də əmələ gəlir. Məsələn, sıxlıq 40x40 olduqda ilmənin uzunluğu 25–28 mm, sıxlıq 35×35 olduqda isə, ilmənin uzunluğu 30–35 mm ola bilir.
Xalça toxunmazdan qabaq ona sərf olunacaq yun ipin, ərişin, arğacın qədərini, sıxlığını, xovunun qalınlığını bilmək, hesablamaq çox vacibdir. Bunun üçün əvvəlcə 1 m²-də ilmələrin sayını bilmək lazım gəlir. Bunu hesablamaq üçün xalçanın 1 m²-də olan ərişlərin sıxlığını tapıb, onu həmin sahədəki arğacların sıxlığına vurmaq lazımdır. Beləliklə, 1 m²-dəki ilmələrin sayı tapılır. Bu rəqəm bir ilmənin uzunluğuna vurularaq, 1 m² üçün lazım olan ipin uzunluğunu tapmaq olur. Alınmış rəqəmi isə istifadə ediləcək yun ipin qalınlığına bölməklə, 1 m² üçün lazım olan yun ipin çəkisi tapılır. Beləliklə, alınmış rəqəmi toxunacaq xalçanın sahəsinə vurmaqla, bütövlükdə xalçaya nə qədər ip lazım gəldiyini öyrənə bilərik.