İlon Vikland (çox vaxt İlun Vikland kimi də qeyd olunur; isv. Ilon Wikland; doğulduğda adı Mayre-İlon Pyaebo est. Maire-Ilon Pääbo idi; 5 fevral 1930[1][2][…], Tartu[1]) — Estoniya mənşəli İsveç rəssamı, illüstrasiya və animasiya janrlarında çəkirdi, Astrid Lindqrenin kitablarının daimi rəssamı.
İlon Vikland | |
---|---|
est. Maire-Ilon Wikland | |
Doğum tarixi | 5 fevral 1930[1][2][…] (94 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | illüstrasiyaçı[d], vizual incəsənət rəssamı |
Mükafatları | |
ilon.ee | |
Vikianbarda əlaqəli mediafayllar |
5 fevral 1930-cu ildə Estoniyanın Tartu şəhərində mülki mühəndis Maks Pyaebo və Pallas sənət məktəbinin məzunu rəssam Vida Pyaebo-Yusenin ailəsində anadan olmuşdur. İlon uşaqlığını Haapsaluda keçirtmişdir, məktəbə Tallində getdi, lakin 1939–1944-cü illərdə Estoniya SSRİ-yə daxil olduqdan sonra nənəsi ilə birlikdə yaşamaq üçün Haapsaluya gəlmişdir və burada 1 saylı ibtidai məktəbdə təhsil alırdı, 1944-cü ildə isə Qırmızı Ordunun yaxınlaşmasıyla artan qaçqınlar axınına qoşularaq İsveçə çatdı.
İsveçdə İlon Vikland müharibədən əvvəl Estoniyadan köçmüş və Stokholmda sənətçi kimi işləyən xalası ilə birlikdə yaşayırdı. Ilon onun izi ilə getdi və sənət məktəbinə qəbul oldu. İyirmi yaşında İlon, Raben & Shegren Nəşriyyat Evində Astrid Lindqren ilə tanış oldu[3], yazıçı onun işlərini bəyəndə və beləcə aralarında uzun işbirliyi başladı. İlon Viklandın rəsmi olaraq şəkillərlə təsvir etdiyi ilk kitab Lindqrenin 1954-cü ildə yazılmış "Mio, mənim Mio" adlı kitabı oldu.
1951-ci ildə İlon dənizçi ilə evləndi; ailədə dörd qız dünyaya gəldi. Vikland hazırda Stokholmda yaşayır.