İlona Elek

İlona Elek (mac. Ilona Elek; 17 may 1907, Budapeşt24 iyul 1988, Budapeşt) — Macarıstan olimpik qılıncoynatma çempionu, rapiraçı. O, macar tarixində qılıncoynatma sahəsi üzrə ən çox çempion olmuş qadın qılıncoynatma ustasıdır. İlona Elek 1907-ci ilin may ayının 17-də yəhudi əsilli ata ilə rumın əsilli ananın qızı olaraq dünyaya göz açmışdır.[2]

İlona Elek
mac. Ilona Elek
Şəxsi məlumatlar
Ləqəbi Csibi[1]
Vətəndaşlığı Macarıstan Macarıstan
Doğum tarixi
Doğum yeri Budapeşt, Macarıstan
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri
Dəfn yeri
İdman növü Qılıncoynatma
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlona Elek 3 dəfə Macarıstanı olimpiya yarışlarında təmsil etmiş, 2 qızıl, 1 gümüş medal qazanmışdır. Qılıncoynatma növü üzrə dünyanın ən məşhur idmançılarından biri hesab edilir.

O, 1946-1947, 1949-19501952-ci illərdə ölkə çempionatlarında qılıncoynatmanın rapira növü üzrə çempion olmuşdur. Bundan başqa 1934, 1935, 1951-ci il Dünya Çempionatlarında qızıl, 1937-1954-cü illərdə gümüş, 1955-ci ildə isə bürünc medal qazanmışdır. İlona Elek Olimpiya oyunlarında fərdi yarışlar üzrə iki qızıl medal qazanan ilk idmançı qadındır. Yəhudi əsilli Elek 1936-cı ildə keçirilən Yay Olimpiya Oyunlarında özü kimi yəhudi əsilli idmançı Helen Mayeri məğlub edərək qızıl medal qazanmışdır.

II Dünya müharibəsindən sonra 1948-ci ildə keçirilən Yay Olimpiya Oyunlarında da qalib gələrək, Londondan qızıl medal ilə ayrılmışdır. Bu yarışlar zamanı Elekin 41 yaşı var idi. 1952-ci ildə keçirilən Helsinki Olimpiyadasında isə gümüş medal qazanaraq 2-ci yeri tutmuşdur.[3]

  1. Olympedia (ing.). 2006.
  2. "Ilona Elek HUNGARIAN ATHLETE". 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-20.
  3. Ilona Elek