İbrahimov İlqar Cəmil oğlu ( 3 mart 1959-cu il) — Azərbaycan aktyoru.
İlqar İbrahimov | |
---|---|
İlqar Cəmil oğlu İbrahimov | |
Doğum tarixi | |
Fəaliyyəti | Aktyor |
İlqar İbrahimov 1981-ci ildə M.Əliyev adına ADİİ-nin "dram və kino aktyoru" fakültəsinə qəbul olunub, 1985-ci ildə həmin fakültəni bitirib.
1978-ci ildən Sumqayıt Dövlət Dram Teatrında aktyor işləyir.
1985-1996-cı illərdə M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrında aktyor işləyib.
1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
2001-ci ildən yenidən Sumqayıt Dövlət Dram Teatrında aktyor işləyir.
Sumqayıt Teatrında oynadığı rollar: İ.İbrahimov "Yaxşı adam" – Əli,M.Moyame "Lotereya" – Klud, M.Haqverdiyev "Fədakarlıq" – Zakir, Ə.Qiyas "Jəhənnəm eksperisi" – Bələdçi, M.F.Axundov "Hekayəti xırs quldurbasan"- Fok, G.Xuqayev "Ailə" – Juci, İ.Məlikzadə "Gəl qohum olaq" – Jamal, S.Rəhman "Əliqulu evlənir"- Kamal, N.Həsənzadə "Nabat xalanın çörəyi" – Əsgər Ə.Əmirli "Varlı Qadın" – Sarı Qarayev , Anar "Yaxşı padşahın nağılı" – Vəzir, Z.Xəlil "Balqabaq padşahın nağılı" – Vəzir və s.
Ümumilikdə 60-a yaxın rol oynayıb.