İlqar Şəkərov Şahkişi oğlu (19 may 1969, Anzov, Yardımlı rayonu – 25 aprel 1994, Füzuli rayonu) — 1-ci Qarabağ müharibəsi şəhidi.
İlqar Şəkərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Şahkişi Şəkərov |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Şəkərov İlqar Şahkişi oğlu 1969-cu ilin may ayının 19-da Anzovda anadan olmuşdur.1976-cı ildə Anzov kənd ibtidai məktəbinə daxil olmuşdur.Orta təhsilini 1986-cı ildə Hamarkənd orta məktəbində başa vurmuşdur.Ailənin sonbeşiyi olduğu üçün evin bütün qayğıları onun üzərinə düşmüşdü.
1987-ci ilin yazında hərbi xidmətə çağırılır.Hərbi xidmətini Qazaxıstanda başa vurub 1989-cu ildə doğma torpağına qayıdır.1991-ci ildə Bakı şəhərində 14 saylı texniki peşə məktəbində neftçi peşəsinə yiyələnərək Serebrovski adına Neft Qaz Çıxarma idarəsində işə düzəlir.Torpaqlarımız uğrunda gedən döyüşlər onu çox narahat edirdi.Ona görə də Suraxanı rayon Hərbi Komissarlığına gəlib könüllü cəbhəyə getmək istədiyini bildirir.1992-ci ilin dekabrında cəbhəyə yola düşür.
İlk döyüş yolu Ağdərə yüksəklikləri uğrundakı döyüşlərdən başlayır.Bir çox irimiqyaslı döyüş əməliyyatlarında iştirak edir.1994-cü ilin 25 aprelində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.[1]