İlqar Məmmədov (hərbçi)

Məmmədov İlqar Aydın oğlu (7 oktyabr 1970, SSRİ) — Azərbaycan Respublikası Daxili Qoşunların Ali Hərbi Məktəbinin Sabiq rəisi . Daxili İşlər Nazirinin Hərbi məsələlər üzrə Müşaviri. General-mayor.

İlqar Məmmədov
Məmmədov İlqar Aydın oğlu
Məmmədov İlqar Aydın oğlu
Məmmədov İlqar Aydın oğlu
Şəxsi məlumatlar
Ləqəbi İlqar Paşa
Doğum tarixi (54 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR,
Əli Bayramlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan Türkü
Təhsili
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Hərbi hissə Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbi
Xidmət illəri 1991 — hal hazırda
Rütbəsi General-mayor
Vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin Hərbi Məsələlər üzrə Müşaviri
Təltifləri "Hərbi xidmətlərə görə" medalı "İgidliyə görə" medalı

7 oktyabr 1970-ci ildə Azərbaycan Respublikasının Şirvan şəhərində anadan olmuşdur. 1991-ci ildən SSRİ Silahlı Qüvvələrinin Lvov Ali Hərbi Məktəbini, 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını və 2009-cu ildə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirmişdir. 1991—1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir.

1992—2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında tabor komandirinin tərbiyə işlər üzrə müavini, tabor komandirinin müavini - qərargah rəisi, əlahiddə tabor komandirinin birinci müavini, alay komandirinin tərbiyə işləri üzrə köməkçisi, tabor komandiri, Tədris alayında silsilə rəisi, alay komandirinin birinci müavini – qərargah rəisi, alay komandiri, Ali Hərbi Məktəb rəisinin müavini — qərargah rəisi vəzifələrində xidmət etmişdir.[1]

Azərbaycan Respublikasının Prezidentinin 8 mart 2014-cü il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə general-mayor Məmmədov İlqar Aydın oğlu Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin olunmuşdur. 2024-cü ildən etibarən Daxili İşlər Nazirinin Hərbi məsələlər üzrə müşaviridir.

İlqar Məmmədov Ailəlidir və İki övladı var.

Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.[2]

Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2008-ci il tarixli Sərəncamı ilə "igidliyə görə medalı ilə təltif edilmişdir.[3]

  1. "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general - mayor Məmmədov İlqar Aydın oğlu". Mia.gov.az. 2023-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-13.
  2. ""Hərbi xidmətlərə görə" medalı ilə - Məmmədov İlqar Aydın oğlu". e-qanun.az.
  3. ""İgidliyə görə" medalı -İlqar Məmmədov". e-qanun.az. 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-13.