İlqar Verdiyev

İlqar Tapdıq oğlu Verdiyev (d.1975-ci ildə Bakı şəhəri - ö.14 iyun 2012-ci il Bakı şəhəri) — Azərbaycan Respublikasının N saylı hərbi hissəsinin mühəndis - istehkam bölüyünün komandiri. Qarabağ şəhidi.

İlqar Verdiyev
İlqar Tapdıq oğlu Verdiyev
Doğum tarixi
Doğum yeri Bakı şəhəri
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi Şəhid

1992-ci ildə Türkiyə Respublikası Quru Qoşunları məktəbinə(Kara Harp Okulu)daxil olub. Mühəndis-istehkamçı ixtisası üzrə təhsil almiş, 1997-ci ildə oranı bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmişdir. Uzun illər Müdafiə Nazirliyi mətbuat xidmətinin zabiti vəzifəsində çalışmışdır. 4 ilə yaxın müddətdə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi vəzifəsini icra etmişdir. Nazirlik sistemində ən bacariqlı,savadlı və təcrübəli zabitlərdən hesab olunub. Türkiyədə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində dil kurslarını müvəffəqiyyətlə bitirmişdi. "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı və "Qüsursuz xidmətə görə" üçüncü dərəcə medalı ilə təltif edilmişdi.Rus, ingilis, türk dillərinə yiyələnmişdi.

2008-ci ildə isə Naftalanda yerləşən hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri təyin olunub. Burada xidmət etdiyi müddətdə hərbi hissənin bütün şəxsi heyətinin hörmətini qazanmışdır. Amma çox təəssüflər olsun ki,bir qədər sonra onun rütbəsi heç bir səbəb olmadan mayordan kapitana endirilib.

2012-ci il iyunun 9-dan 10-na keçən gecə mühəndis-istehkam bölüyünün komandiri kapitan İlqar Verdiyev cəbhənin Goranboy rayonu istiqamətində minaya düşmüş hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi mayor Zahir Məmmədovu ərazidən çıxarmaq istəyərkən özü də minaya düşmüşdür. Yaralılar Ağdamda hospitala yerləşdiriliblər. İ.Verdiyevin sağ qolu, Z.Məmmədovun isə ayağı amputasiya olunub. Daha sonra isə onlar Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kliniki Hospitalına yerləşdiriliblər. İlqar Verdiyev bir neçə gündən sonra yəni 14 iyun saat 13.30 radələrində Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kliniki Hospitalında vəfat edib.

Türkiyədə təhsil alan Azərbaycan milli ordusunun ilk zabitlərindən olan İlqar Verdiyev 15 iyun 2012 ci ildə Şüvəlan qəsəbəsindəki qəbirstanlıqda torpağa tapşırılmışdır.[1]

O,iki oğul və bir qız atası idi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]