İlulissat və ya keçmiş adı ilə Yakobshavn — Qrenlandiyanın qərbində, Kaasuitsup bələdiyyəsində, Şimal qütb dairəsindən təxminən 350 km uzaqlıqda yerləşən şəhər. 4.893 nəfər əhalisi ildə şəhər Nuuk və Sisimiut şəhərlərindən sonra Qrenlandiyanın ən böyük 3-cü şəhəridir. Şəhər bir çox xizək itinin evidir.
Şəhər | |
İlulissat | |
---|---|
dan. Ilulissat | |
69°13′00″ şm. e. 51°06′00″ q. u. | |
Ölkə | Qrenlandiya |
Region | Danimarka |
Rayon | Kaasuitsup |
İcma | Kaasuitsup |
Mer | Ole Morf |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1741 |
İlk məlumat | XVI əsr |
Əvvəlki adı | Yakobshavn |
Sahəsi | 11,25 km² |
Mərkəzin hündürlüyü | 2.010 metr |
Saat qurşağı | UTC−3 |
Əhalisi | |
Əhalisi | 4.893 nəfər (2014) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+299) 94 |
Poçt indeksi | 3952 |
Digər | |
qaasuitsup.gl | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrenlandiya dilində "İlulissat" "aysberqlər" deməkdir. Şəhərin yaxınlığında yerləşən və Qrenlandiyanın ən görməli yerlərindən biri olan İlulissat buz fiordu YUNESKO-nun Dünya irsi siyahısındadır. Şəhərin əsas gəlir mənbəyi turizmdir. Burada yerləşən aysberqlər şimal yarımkürəsindəki ən böyük aysberqlərdir. İlulissat şəhərinin yaxınlığında Dikso körfəzi yerləşir.
Şəhər 1741-ci ildə Yokob Severin tərəfindən ticarət postu kimi qurulmuş və onun şərəfinə adlandırılmışdır.[1][2]
Qrenlandiyada insan tərəfindən tikilmiş ən böyük tikili şəhərdə yerləşən və XVIII əsrdə tikilən Zayon kilsəsidir. Sermemeuit yaxınlığından sonuncu sakin 1851-ci ildə şəhərə köçmüşdür.
İlulissat 2008-ci ilin martından Artika Okean Konfederasiyasının bölgələrindən biridir. Konfederasiyanın üzvləri Danimarka, Kanada, Rusiya, Norveç və ABŞ Artika ərazilərinin üzrindəki mübahisələr ətrafında müzakirələr aparmışdırlar (Hans adaları və Artika 2007). 2008-ci ilin 28 mayında konfederasiya İlulissat bəyannaməsini qəbul etmişdilər.
Şəhərin cənub-şərqində yerləşən İlulissat buz fiordu 2004-cü ildən Dünya irsi siyahısındadır.
İlulissatın iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | |
Maksimum orta, °C | −10 | −11,1 | −11,2 | −4,4 | 3,1 | 8,2 | 11,2 | 10,0 | 5,3 | −1 | −5,1 | −8,1 | |
Orta temperatur, °C | −13,5 | −14,9 | −15,2 | −8,4 | 0,0 | 5,1 | 8,0 | 6,9 | 2,5 | −3,8 | −8 | −11,3 | |
Minimum orta, °C | −16,8 | −18,5 | −19 | −12,2 | −3 | 2,2 | 4,9 | 3,8 | −0,3 | −6,4 | −10,8 | −14,5 | |
Yağıntı norması, mm | 14 | 13 | 14 | 18 | 17 | 23 | 29 | 29 | 37 | 24 | 23 | 16 |
Şəhərin ən güclü futbol komandası "Naqdlunquaq-48"dir. Bu futbol klubu bütün oyunlarını Nuuk şəhərində keçirir. 10 dəfə Qrenlandiya çempionu olmuşdur.
2014-cü ilin siyahıalmasına görə İlulissatda 4.893 nəfər yaşayır. İlulissat Kaasuitsap bələdiyyəsində ən böyük şəhərdir.