İlyuşin İl-2

İlyuşin İl-2 (rus. Ил-2 Штурмовик, ing: Ilyushin Il-2), digər adı ilə şturmovik, yer hədəflərinə qarşı hazırlanmış SSRİ mənşəli İkinci dünya müharibəsində istifadə edilmiş olan hərbi təyyarədir.

İlyuşin İl-2
Tipi hücum təyyarəsi
İlk uçuş 2 oktyabr 1939
İstismara verilmə tarixi 1941
İstimarının bitmə tarixi 1954
İstismarçılar
  • Sovet Hərbi Hava Qüvvələri[d]
Buraxılış sayı 36.163
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1938-ci ildə Sergey İlyuşin tərəfindən yaradılmışdır. İkinci Dünya müharibəsinin və Cessna 172 mülki təyyarəsindən sonra bütün dövrlərdə ən çox istehsal olunan üçüncü (36,183) təyyarədir.

Dizayn xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Əvvəlcə hazırlanan İL-2-lər yer hədəflərinə hücum zamanı zenit silahlarından qorunmaq üçün qalın ön zirehlə örtülmüşdülər. Sonradan, İL2-lərin arxadan yaxınlaşan qırıcı təyyarələrin vuruşlarına son dərəcə həssas olduğu müəyyənləşdirilmiş və İL-2M modeli ilə arxa tərəfə bir pulemyotçu yerləşdirilmiş, həmçinin arxadakı zirehin də qalınlığı artırılmışdır. İL-2-lər heyətini, mühərrikini, radiatorlarını və yanacaq çənini qoruyan qalın bir zirehə sahib idi. Buna görə də ən güclü düşmən atəşi altında da bazalarına qayıda bilirdilər. İL-2-lər möhkəm zirehli Alman tanklarına qarşı çox da uğur qazana bilmədikləri kimi, bir çoxları da Messerschmitt Bf 109 qırıcıları üçün hədəf olmaqdan qaça bilməmişdilər. Ancaq yenə də bir çox Alman tankını zərərsizləşdirməyi bacarmışdırlar.