İmadəddin Qəzvini

İmadəddin Qəzvini(azərb. Əbu Məhəmməd Ömər ibn Məhəmməd əl Məkki əl-Qəzvini‎) — qazı

Həyatı[redaktə | mənbəni redaktə et]

XIII əsrin ikinci yarısında Naxçıvan qazısı olmuşdur. 1267-1268-ci illərdə Təbrizdə onunla rastlamış və haqqında yazmış məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvatinin məlumatına görə,İmadəddin Qəzvini "qazılar,ədalətli qanunşünaslar və ləyaqətli rəislər nəslindən" idi.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Ədəbiyyatı, şeir sənətini dərindən bilir və tədris edirdi. Mənbədəki məlumata görə, şəhər hakimi Şəmsəddin Məhəmməd İbn Məhəmməd əl-Cüveyni ədəbiyyat elmini və ərəb müəllifi ər-Həririnin "Məqamat"ını ondan öyrənmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 211. ISBN 5-8066-1468-9.