İmaməddin Xəlilov (23 fevral 1998, Gəncə) — azərbaycanlı para-taekvondoçu.
İmaməddin Xəlilov | ||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 23 fevral 1998 (26 yaş) | |||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||
Çəkisi | 70 kq | |||||||||||||||||||||||||||||||
İdman növü | Para-taekvondo | |||||||||||||||||||||||||||||||
Karyera illəri | 2012-ci ildən bu günə qədər | |||||||||||||||||||||||||||||||
Məşqçisi |
Arif Xəlilov (şəxsi məşqçisi) Fərid Tağızadə (yığmada) |
|||||||||||||||||||||||||||||||
Komandası | "Neftçi" klubu[1] | |||||||||||||||||||||||||||||||
Əlilliyi | K44 kateqoriyası | |||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
İmaməddin Xəlilov 1998-ci il 23 fevralda Gəncədə anadan olmuşdur.[2]
İmaməddin Xəlilov 2022-ci ildə ara-taekvondo üzrə Avropa çempionatında çıxış etmiş və gümüş medal qazanmışdır.[3]
2023-cü ilin avqustunda o, para-taekvondo üzrə Avropa çempionatında iştirak etmiş və 70 kq qədər çəki dərəcəsində qızıl medal qazanmışdır.[4] Həmin ilin sentyabrında para-taekvondo üzrə Dünya Çempionatında iştirak etmiş və qızıl medal qazanmışdır.[5][6]
2024-cü ilin mayında o, para-taekvondo üzrə Avropa çempionatında iştirak etmiş və qızıl medal qazanmışdır.[7]
İmaməddin Xəlilov 2024 Yay Paralimpiya Oyunlarının açılış paradında Azərbaycanın bayraqdarı olub.[8] O, Azərbaycanı 2024 Yay Paralimpiya Oyunlarında təmsil etmiş və 70 kq qədər çəki dərəcəsində qızıl medal qazanaraq Azərbaycan tarixində para-taekvondo üzrə ilk Paralimpiya çempionu olmuşdur.[9]
Prezident İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə İmaməddin Xəlilova XVII Yay Paralimpiya Oyunlarında birinci yeri tutduğuna görə 200 000 manat, məşqçisinə isə 100 000 manat pul mükafatı verilmişdir.[10] Prezidentin eyni tarixli digər sərəncamı ilə o, həmçinin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[11]