İmam Hüseyn adına Universitet Kompleksi (həmçinin "İHU" və ya "İmam Hüseyn Universiteti" də adlandırılır; fars. دانشگاه امام حسین rom. Daneşgahi Emam Hossein) — hərbi və mülki mütəxəssislərin təlimi, təhsili və inkişaf etdirilməsi üçün peşə təhsili müəssisəsidir. İranın paytaxtı Tehran şəhərinin şimal-şərq hissəsində yerləşir. Üçüncü şiə İmamı Hüseyn ibn Əlinin adını daşıyır.
İmam Hüseyn Universiteti | |
---|---|
دانشگاه جامع امام حسین | |
35°45′02″ şm. e. 51°35′15″ ş. u. | |
Əsası qoyulub | 1986 |
Tələbə sayı | 6.000 |
Ölkə | |
Sayt | ihu.ac.ir |
Vikianbarda əlaqəli mediafayllar |
İmam Hüseyn Universiteti, 1986-cı ildə İranın paytaxtı Tehranın şimal-şərqində qurulmuş dövlət nəznində bir ali təhsil müəssisəsidir. Universitet daxilində akademik fakültələr; hərbi elmlər fakültəsi, sosial elmlər fakültəsi, dəqiq elmlər fakültəsi və mühəndislik fakültəsi mövcuddur. Universitetdə 6000 tələbə təhsil alır.
1986-cı ildə İran Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən İmam Hüseyn Kolleci olaraq təsis edilmişdir. 1987-ci ildə universitet olaraq tanınıb. 1987-ci ildə açılan Tibb Fakültəsi 1994-cü ildə universitetdən ayrılıb.
İmam Hüseyn Adına Universitet 1986-cı ildə açılmışdır. Hal hazırda bu təşkilata iki ali təhsil müəssisəsi daxildir: Ali Hərbi Zabitlər Məktəbi və Açıq Universitet.
Zabitlər Məktəbi hərbi elmlər, mühəndislik, təbiət və ictimai elmlərdən ibarətdir və İslam İnqilabı Keşikçiləri Korpusu üçün zabit hazırlayır.
Açıq Universiteti aşağıdakı ixtisaslar üzrə magistratura pilləsinə qəbul imtahanlarının nəticələrinə əsasən tələbələri qəbul edir: elektrik mühəndisliyi, kompüter mühəndisliyi, maşınqayırma, mülki mühəndislik, aerokosmik mühəndislik, sənaye mühəndisliyi, informasiya texnologiyaları, riyaziyyat (tətbiqi), fizika, kimya, molekulyar hüceyrə biologiyası və mikrobiologiya, aviasiya, siyasi coğrafiya, hərb elmi, mülki müdafiə, hüquq, sənayenin idarəedilməsi, iqtisadiyyat, logistika, bədən tərbiyəsi və idman, siyasi elmlər.
Universitetin İranın nüvə proqramında iştirakı haqqında məlumatlar mövcuddur.