İmam məscidi (İsfahan)

Came məscidi, Sultan məscidiİmam məscidi adları ilə də tanına Şah məscidi İranın İsfahan şəhərində Nəqşi Cahan meydanında yerləşən məscidlərdən biridir. [3] [4] [5] Məscid 6 yanvar 1932-ci il tarixində İranın yerli əhəmiyyətli tarixi abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Bundan başqa “Nəqşi Cahan” meydanı ilə birlikdə YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilmişdir.[6] Məscid I Şah Abbasın göstərişi ilə I Şah Təhmasibin xatirəsinə ehtiram olaraq tikilmişdir.

İmam məscidi
Xəritə
32°39′18″ şm. e. 51°40′40″ ş. u.HGYO
Ölkə  İran
Şəhər İsfahan
Yerləşir İsfahan şəhristanı[1]
Aidiyyatı Səfəvilər imperiyası
Memar Ustad Əli Əkbar İsfahani
Ustad Fereydun Naini
Ustad Şoja İsfahani
Tikilmə tarixi 1611-1629
Üslubu Səfəvi memarlığı
Hündürlüyü 54 m[2]
Uzunluğu 100 m
Eni 130 m
Minarələri 4 (hündürlük:42 m)
Günbəzləri 1 (hündürlük:53 m)
Vəziyyəti stabil
İmam məscidi (İran)
İmam məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səfəvilərin ən mühüm nailiyyətləri memarlıq sahəsindədir. Burada ən yüksək mövqe 1598-ci ildə Şah Abbasın təşəbbüsü ilə irəli sürülmüş İsfahanın genişləndirilməsi layihəsidir. Bu, İslam tarixində ən iddialı və yenilikçi şəhərsalma sxemlərindən biridir Bu nəhəng şəhərsalma proyektinin baş memarı Şeyx Bəhai (Bəhaəddin əl-Amili) idi. Bu layihə Şah Abbasın baş planının iki əsas xüsusiyyəti üzərində cəmləmişdir: Şəhərin hər iki cinahında,bütün görkəmli qurumların, məsələn, bütün xarici dövlətlərin iqamətgahlarının yerləşdiyi Çaharbağ prospekti və Nəqşi Cahan Meydanı (“ Dünyanın Nümunəsi ”).Şahın hakimiyyətə gəlişindən əvvəl ölkədə mərkəzləşdirilməmiş güc strukturu var idi: müxtəlif qurumlar, hərbçilər ( qızılbaşlar ) hakimiyyət uğrunda mübarizə aparırdılar.) və imperiyanı təşkil edən müxtəlif əyalətlərin qubernatorları. Şah Abbas bu siyasi quruluşu sarsıtmaq istəyirdi və İsfahanın imperiyanın paytaxtı kimi yenidən qurulması hakimiyyətin mərkəzləşdirilməsində mühüm addım idi.  Meydanın əhəmiyyəti ondan ibarət idi ki, Şah Abbas onu inşa etidrməklə Səfəvi hakimiyyətin üç əsas komponentini burada  cəmləyəcəkdi; Şah Məscidi ruhanilərin, Bazar tacirlərin və təbii ki, Ali Qapı sarayı isə burada yaşayan şahın gücünün simvolu idi.

İsfahanın Nəqşi Cahan meydanında yerləşən 4 abidədən biri olan İmam məscidi meydanın cənub tərəfindədir. Məscidin inşası 1612-ci ildə Şah Abbasın sifarişi ilə başlasa da 1629.-1631-ci illərdə Şah Səfinin hakimiyyəti dövründə başa çatmışdır. Məscidin cənub-qərb və cənub-şərqindən birləşən mədrəsələrin tikintisi və dizaynı barədə dəqiq tarix yoxdur.

İlk inşa edildiyi dövrdə məscid Məscid-i Şah, Məscid-i Sultani-i Cədid, Cami-i Abbasi kimi adlarla anılsa da, 1979-cu il İran İslam İnqilabından sonra adı dəyişdirilərək Məscid-i İmam olmuşdur.

Məscidin tikintisində əsas məqsəd Cümə namazlarını qılmaq üçün Cümə məscidini əvəz edəcək bir binanın inşaası idi. Şəhərdəki ən böyük gümbəzə malik olan məscidin ətrafında Şeyx Bəhai tərəfindən 2 dini mədrəsənin eləcə də qış məscidinin tikintisi də planlaşdırılmışdı. Şah hələ sağlığında məscidin tikintisinin başa çatmasını arzulayırdı. Bu məqsədlə tikintinin sürətlə irəliləməsinə nail olmaqçün bir sıra addımlar atıldı. Beləki şah məscidin memarlarından biri olan Əbül Qasımın məscidin bünövrəsinin çökmə təhlükəsi altında olması ilə bağlı xəbərdarlığına belə məhəl qoymadı və tikintinin davam etdirilməsi barədə göstərişlərini verdi. Lakin memarın xəbərdarlığı özünü doğrultdu. Nəticədə 1662-ci ildə məscidin yenidən əsaslı təmirə ehtiyacı varidi. Memarlar məscidi ucuz və sürətli həft-rəng piltələri ilə bəzədilər. Bu işə ustad xəttat Rza Abbasi rəhbərlik etmişdir. Nəhayət 1629-cu ildə Şahın ölümündən bir neçə ay sonra məscidin tikintisi başa çatdırıldı.

İmam məscidi
  1. Wiki Loves Monuments monuments database. 2017.
  2. http://radio.masjed.ir/Content/media/article/r_2055_140217125852_0.pdf.
  3. "مسجد امام اصفهان، شاخصه­‌ی مهم معماری دوران صفوی. kojaro.com". 2019-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.
  4. "THE IMAM MOSQUE (MASJED-E- SHAH). isfahan.ir". 2017-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.
  5. "طراحی شگفت انگیز قبله در مسجد امام اصفهان. shabestan.ir". 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.
  6. "Masjed-e Jāmé of Isfahan. unesco.org". 2017-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.