İmamzadə türbəsi (Bülbülə)
İmamzadə türbəsi (Bülbülə) | |
---|---|
Şəhər | Abşeron |
Yerləşir | Suraxanı |
Aidiyyatı | İslam |
Tikilmə tarixi | XVII əsr |
Tipi | Mədəni |
Kriteriya | i,iii |
Təyin edilib | 1998 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 1 |
Əhəmiyyəti | Dövlət əhəmiyyətli |
|
Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə yazdığı məşhur "Gülüstaniİrəm" əsərində belə qeyd etmişdir. "Bir çox cəhətcə kənd xarabaları, aran şəhərlərində yüksək dərəcəli üç imamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olmuşdur"[1]
Hal — hazırda imamzadə kompleksindən yadigar qalan təkcə bir yazılı daşdır ki, o da Bakıda Qız qalası ilə üzbəüz açıq sərgidə nümayiş etdirilir. Ərəbcə gözəl süls xətti ilə yazılmış bu kitabədə deyilir: "Bu böyük abidənin tikilməsinə əzəmətli sultan Şah Abbas əl-Hüseyni vaxtında Şeyx Kamalın oğlu Şeyx Nəcməddin əmr etmişdir. 1033 (1623–1624)".
İmamzadə kompleksi 4 binadan ibarət olub, müqəddəs imam övladının dəfn olunduğu düzbucaqlı plana malik türbə binasının tavanı qismən çatma, qismən isə günbəzlə örtülübmüş. Qəbrin üzərində daş sənduqə (2–10x0,73 metr) varmış. Türbənin şərq divarından açılan qapıdan daxil olunan 2-ci otağın planı düzbucaqlı imiş. Burada isə 3 qəbir varmış ki, imamın nökərləri dəfn olunubmuş. Hər iki türbə xalça ilə döşənmiş, qəbirlər örtüyə bürünmüş və ələmlərlə bəzədilmişdi. Türbənin şimal divarına bitişik məscid binası (8,77x9,55 m.) varmış. Məscidin tavanı 4 sütun və arkalar üzərində oturdulmuş günbəzlə örtülübmüş. Bülbülə imamzadəsinin türbə binasının əsası 12–13-cü əsrlərdə qoyulsa da, sonralar burada bəıpa və təmir işləri aparılıb. Nəhayət, onu da qeyd edək ki, bu imamzadə kompleksi 1937-ci ildə dağıdılıb.[2]
1993-cü ildə az da olsa, ziyarətgahın bərpası naminə təmir işlərinin təməli qoyulur. 1993-cü ildən Bülbülə İmamzadəsi "Mühəmməd Sadiq İmamzadəsi" kimi rəsmi fəaliyyət göstərməyə başlayıb[3]