Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Nağıyev İman Məmməd oğlu 1957-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olmuşdur. 1978–1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır. 1979–1987-ci illər ərzində Yasamal rayon xalq məhkəməsində tərcüməçi, məhkəmə iclas katibi vəzifəsində çalışmışdır. 1987-ci ildən 1990-cı ilədək Şamaxı rayon xalq məhkəməsinin hakimi, 1990–2000-ci illərdə isə Nəsimi rayon xalq məhkəməsinin sədr müavini vəzifəsində fəaliyyətini davam etdirmişdir[1].
İman Nağıyev | |
---|---|
Nağıyev İman Məmməd oğlu | |
2007 – indi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
2000-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olmuşdur. 2007-ci ildən Bakı Apelyasiya Məhkəməsinin sədri vəzifəsində çalışır.
2005-ci ildən Hakimlərin Seçki Komitəsinin sədridir.
Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli sərəncamı ilə "Vətənə xidmətə görə" ordeninin üçüncü dərəcəsi ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2022-ci il tarixli sərəncamı ilə "Vətənə xidmətə görə" ordeninin ikici dərəcəsi ilə təltif edilmişdir.[2]
Ailəlidir, 2 övladı var.