İmfal - Hindistanın Manipur ştatında şəhər. Həmçinin bu ştatın paytaxtıdır.
Şəhər | |
İmfal | |
---|---|
Bişnupriya-manipuri: ইম্ফল | |
24°49′12″ şm. e. 93°57′00″ ş. u. | |
Ölkə | Hindistan |
Region | Manipur |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 786 m |
İqlimi | Rütubətli subtropik |
Saat qurşağı | UTC+05:30 |
Əhalisi | |
Əhalisi | 264 986[1] nəfər (2011) |
Rəsmi dili | Manipuri dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91 3852 |
Poçt indeksi | 795xxx |
Nəqliyyat kodu | MN01 |
Digər | |
imphalwest.nic.in (ing.) | |
Vikianbarda əlaqəli mediafayllar |
İmfal Hindistanın ən şərqində yerləşir. Keppenin iqlimlər təsnifatına görə rütubətli subtropik iqlimə malikdir.[2] Qışları mülayim, qurudur. Ən isti ay iyun, ən soyuq ay isə yanvardır. Şəhərə hər il ortalama 1320 mm yağıntı düşür. Ən yüksək temperatur 35.6 °C 22 may 2009-cu ildə, ən aşağı temperatur isə −2.7 °C 10 yanvar 1970-ci ildə qeydə alınmışdı.[3][4]
2011-ci ilin əhalinin siyahıyaalınması məlumatlarına görə İmfalın əhalisi 264 986 nəfər olmuşdur. Bunlardan 128 931 nəfəri kişi və 136 055 nəfəri isə qadındır. Metropoliten sahəsinin əhalisi isə 414 288 nəfərdir (201 635 nəfər kişi və 212 653 nəfər qadın olmaqla). Hər 1000 kişiyə 1055 qadın düşür. Uşaqlarda isə bu göstərici hər 1000 oğlana 939 qızdır.
İmfal Milli Avtomagistral 37 vasitəsilə Silçara, Milli Avtomagistral 150 vasitəsilə Aijal və Milli Avtomagistral AH-1 vasitəsilə isə Dimapura bağlanır.
İmfal Beynəlxalq Hava Limanı İmfal şəhərindən 8 km cənubda yerləşir.[5] İmfal Beynəlxalq Hava Limanı şimal-şərqi Hindistanın ikinci ən böyük hava limanıdır.
2012-ci ilin oktyabr ayında Hindistan Nazirlər Kabinetinin İnfrastruktur Komitəsi Jiribam-Silçar dəmiryolu xətti İmfala qədər uzadılmasını təsdiqlədi. Dəmiryolunun bu hissəsinin çəkilişinin 2016-cı ilin mart ayında tamamlanması planlaşdırılır.[6]
Kanqla qalası İmfal çayının kənarında yerləşir. Həmçinin Kanqla Sarayı adı ilə də tanınır. Qala Kral Paxanqbanın sarayı olmuşdu. Qalanın daxilində bir necə məbəd var və üç tərəfi göl ilə əhatə olunmuşdur.
Cümə məscidi İmfalda yeganə İslam ibadətgahıdır.
Ima Keithel adı ilə tanınan bu bazarın bütün piştaxtalarının sahibi qadınlardır. Dünyada bunun bənzəri yoxdur.
Bu qəbiristanlıqda ikinci dünya müharibəsi zamanı ölmüş ingilis və hind əsgərləri dəfn olunmuşdur.