İmişli Dövlət Rəsm Qalereyası

İmişli Dövlət Rəsm Qalereyası — İmişli Dövlət Rəsm Qаlеrеyаsı (İDRQ) 1988-ci ildə yаrаdılıb. İmişli şəhərində yerləşir. Qalereyada ekspоnаtlаrın sаyı 243 ədəddir. Burada Azərbaycanın Tаğı Tаğıyеv, Аsəf Cəfərоv, Оqtаy Sаdıqzаdə, Böyükаğа Mirzəzаdə və s. kimi tаnınmış rəssаmlаrın əsərləri nümаyiş еtdirilir.

İmişli Dövlət Rəsm Qalereyası
Fəaliyyəti Əsərlərin bərpası və qorunması
Yaranma tarixi 1988
Yarandığı yer Azərbaycan İmişli
Fəaliyyət göstərdiyi yer İmişli, Azərbaycan, İmişli,H.Əliyev pr.,
Sədr Elşən Əzizov

İmişli rayon Dövlət Rəsm Qalereyası Nazirlər Kabinetinin 17 mart 1983-cü il tarixli 108 saylı sərəncamı ilə yaradılıb. Qalereyanın özünün müstəqil binası yoxdur. Mədəniyyət Mərkəzində yerləşir. Qalereyanın ştat vahidi üzrə 7 nəfər işçisi vardır. İşçilərdən 2 nəfər ali , 1 nəfəri orta ixtisas, 4 nəfəri orta təhsillidir.[1]

Qalereyanın fondunda 243 əsər vardır.Onlardan 151 rəngharlıq , 60 qrafika, 7 hekəltəraşlıq, 25 dekorativ –tətbiqi sənət əsərləridir.Qalereyada Azərbaycanın görkəmli rəssamlarından Tağı Tağıyev, Gülü Müstafazadə, Oktay Sadıqzadə, Hacıağa Nəzərov, Elibəy Rzaquliyev, Qulam Şükrullari, Hüseyn Kərimov , Dilarə Xanlarova, Yelena Kərimova, Eyyub Hüseynov, Adil Əzizov , Əyyub Səfərov , Həbib Hüseynov , Maral Rəhmanzadə , Münəvvər Rzayeva , Heydər Cabbarlı, Salam Salamzadə, Nazim Babayev, Adil Rüstəmov, Kamil Nəcəfzadə , Rafiq Mehdiyev, Yaqub Mehdiyev, Səhhət Veysov, Şöhrət Ələkbərov və bir çoxlarının əsərləri qalereyada qorunub saxlanılır. Qalereya axırıncı dəfə 1995-ci ilin yanvarında əsərlər almışdır.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Mədəniyyət müəssisələri". heydaraliyev-centers.az. İstifadə tarixi: 01.04.2021.
  1. "İmişli rayon Mədəniyyət Mərkəzi". kurdamir.mctgov.az. 2021-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 01.04.2021.
  2. "İmişli Dövlət Rəsm Qalereyası". kataloq.gomap.az. İstifadə tarixi: 01.04.2021.