İmmunopatologiya

İmmunopatologiyalar — Orqanizmin immun sistemində baş verən hər hansı patoloji dəyişiklik və ya reaksiyalar. Bu cür dəyişikliklərə immun sistemin anadangəlmə və qazanılmış deffektləri və ya immunodefisitləri, təcili və ləng tipli hiperhəssaslıq reaksiyaları, autoimmun proseslər aiddir.

Elm sahəsi → öyrənir
Yarımbölmə → öyrənir

İmmunodefisitlər — orqanizmin immun sisteminin anadangəlmə və ya qazanılmış çatışmazlığı olub, immun müdafiə reaksiyalarının qənaətbəxş olmaması ilə xarakteriza olunur. Anadangəlmə (birincili) və qazanılmış (ikincili) immunodefisitlər ayırd edilir. Anadangəlmə (birincili) immunodefisitlər zamanı immun sisteminin çatışmazlığı artıq erkən uşaq yaşlarından özünü büruzə verir. Bu zanman müxtəlif infeksion agentlərə qarşı orqanizmin lazımi qədər mühafizə edilməməsi üzündən bu vəziyyət çox vaxtı elə uşaq yaşalrında ikən ölümlə nəticələnir. Birncili immunodefisitlər orqanizmin immun sisteminin inkişafının müxtəlif mərhələlərində baş verən genetik pozuntularla əlaqədar olaraq meydana çıxır. Bu pozuntular hemo və limfopoezin müxtəlif səviyyələrində meydana çıxdığından immunodefisitlər də müxtəlif aralıüqlı gediçşə malik olurlar. Məsələn:Hemopoezin sütun hüceyrələri səviyyəsində pozğunluq tam aplaziya və ya sütun hüceyrələrindən T- və B- limfositlərin diferensiasiyasının məhdudlaşması ilə nəticələnir. Hemopoezin daha yülksək səviyyələrdə pozulması T və B limfositlərin hissəvi defisitinə gətirib çıxarır. T limfositlərin əmələ gəlməsi və differensiasiya səviyyəsində bu pozuntu T defisitin, B limfositlərin əmələ gəlməsi və differensiasiyaslı səviyyəsində isə bu pozuntu M, G, və A immunoqlobulinləri hazırlayan müxtəlif plazmatik hüceyrələrin defisitinə səbəb olur. Qazanılmış immunodefisitlər (ikincili) immunodefisitlər immun sistemin genetik defekti ilə əlaqdədar olmayıb, müxtəlif patoloji proses və xəstəliklər nəticəsində meydana çıxır. Qazanılmış immunodefisitə ağır iltihabi proseslər, bəzi infeksiyalayr (QİÇS,vərəm,brusselyoz, kandidoz və s), toksikozlar, güclü qanitirmə, qidalanma pozğunluqları,onkoloji xəstəliklər, diabet, piylənmə və s səbəb ola bilrər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]