İmran Hürrü oğlu Əkbərov (19 aprel1958, Ordubad) — Cənubi Rusiya Universitetinin (İdarəetmə, biznes və hüquq İnstitutunun) rektoru (1991), İqtisad elmləri doktoru, professor, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Akkreditasiya kollegiyasının, Cənub Federal Dairəsinin rektorlar şurası idarə heyətinin üzvü, Rusiyanın Cənub Regionu Qeyri-Dövlət Təhsil Müəssisələri Mütəxəssisləri Regionlararası Assosiasiyasının prezidenti.[1]
1987-ci ildən həmin institutun İstehsalatın idarə edilməsi kafedrasında idarəetmə sahəsi fənlərini tədris edib.
1991-ci ildən Cənubi Rusiya Universitetinin (İdarəetmə, biznes və hüquq İnstitutunun) rektorudur.
İqtisad elmləri doktoru, professordur. 15 elmlər namizədi, 2 elmlər doktoru yetişdirib.
Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Akkreditasiya kollegiyasının, Cənub Federal Dairəsinin rektorlar şurası idarə heyətinin üzvü, Rusiyanın Cənub Regionu Qeyri-Dövlət Təhsil Müəssisələri Mütəxəssisləri Regionlararası Assosiasiyasının prezidentidir.
İmran Əkbərov yüksək beynəlxalq elmi dərəcəyə - qrand fəlsəfə doktoru dərəcəsinə malikdir.[1]