Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İnandırma metodu — Bu metodun köməyi ilə tərbiyə olunanların düşüncələri, təsəvvürləri, baxışları formalaşır, informasiya sahəsində (təlqinetmə, dialoq, inam) operativ mübadilə gedir.
Pedaqoqun praktik işində bir neçə tərbiyə metodlarından istifadə edilir. Bu metodların təsnifatı: Tapşırıqları yerinə yetirmə metodu — Bu metodun köməyi ilə tərbiyə olunanların fəaliyyəti təşkil olunur və onun müsbət motivləri (tapşırıq, tələb, yarış, nümunə göstərmə, müvəf fəqiyyət situasiyasının yaradılması) stimullaşdırılır Qiymət və özünəqiymət metodu — Bu metodun köməyi ilə tərbiyə olunanlara öz davranışlarını, özününizamlama (tənqid, mükafat, irad, cəza, inam, nəzarət, özünənəzarət, özünənəzarət, özünütənqid) və s. bu kimi hallarda fəaliyyətin stimulyasiyası gedir. Bu metodlardan ən əsası inandırma metodudur. Bu metod vasitəsilə şagirdlər təlim və tərbiyə prosesində daha aktiv iştirak edirlər. Tərbiyə olunanların fəaliyyət xüsusiyyətlərinə laqeydlik göstərmək, münasibət bildirməmək, qiymətləndirməmək yolverilməzdir. M. F. Axundovun haqlı olaraq yazdığı kimi, "sevinc və şənlik bəxş edən vasitələrdən uzaqlaşmaq hisslərin süstləşməsinə və ağlın kütləşməsinə səbəb olar". Uşaqda yaxşı bir hərəkət baş verdikdə həvəsləndirib artırmaq lazımdır. Beləliklə, tərbiyə metodları dedikdə, biz tərbiyə olunanların davranışına, hisslərinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həlli, pedaqoq-tərbiyəçi ilə tərbiyə olunanların ünsiyyətini başa düşməliyik. Tərbiyə metodu tərbiyənin məqsəd və məzmunu ilə müəyyənləşir. Tərbiyə metodlarının mahiyyəti məktəblilərin fəaliyyətinin köməyi ilə tərbiyənin məzmununun mənimsənilməsi, şəxsiyyətin xüsusiyyətlərinin formalaşması üçün müəyyən, müvafiq məqsədlərə (məqsədlər məktəblilərin məqsədyönlü fəaliyyətini təşkil edir) istiqamətlənməsidir. Metodlar uşaqların məqsədyönlü fəaliyyətində uşaqların və yeniyetmələrin təşkilində, pedaqoq və şagird kollektivinin fəaliyyətində özünü əks etdirir. Tərbiyə metodları pedaqoqlarla şagirdlərin fəaliyyətinin qarşılıqlı və birgə fəaliyyətinin təşkili üsullarıdır. Burada pedaqoqun şəxsi təkmilləşməsi, şagird şəxsiyyətinin tərbiyənin məqsədlərinə uyğun olaraq formalaşması nəzərdə tutulur. Tərbiyə metodları pedaqoq-tərbiyəçilərin fəaliyyəti vasitəsi ilə həyata keçirilir. Humanist tərbiyə metodları aşağıdakıları əhatə edir: Tərbiyənin məqsəd və məzmunu tərbiyə metodları ilə müəyyənləşir; Tərbiyə metodlarının mahiyyəti şagirdlərin (tələbələrin) fəaliyyətinin köməyi ilə tərbiyənin məzmununun mənimsənilməsi, şəxsiyyətin xüsusiyyətlərinin formalaşması üçün müvafiq məqsədlərə istiqamətlənməsidir. Metodlar gənclərin məqsədyönlü fəaliyyətində, eləcə də şagird kollektivinin fəaliyyətində özünü