Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi[1]
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci | |
---|---|
Əsası qoyulub | 13 iyun 2000 |
Tip | orta-ixtisas təhsili müəssisəsi |
Tələbə sayı | 423 |
Müəllim sayı | 61 |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr. 24 |
Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi əvvəlcə Ali Bədii Emalatxana, sonralar Azərbaycan Ali Rəssamlıq Məktəbi adlanmış, 1929-cu ildən Rəssamlıq Pedaqoji Texnikumu, 1937-ci ildən Dövlət Rəssamlıq Məktəbi adı ilə fəaliyyət göstərmişdir. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir. 13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində yaradılmışdır[2].
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[3]