İqtisadiyyatda indeksləşdirmə (lat. index — müqavilənin, kreditin, əmək haqqının, pensiyanın, müavinətlərin, əmanətlərin və s.-nin məbləğini istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə inflyasiyadan qorunmaq vasitəsidir.
Əhalinin gəlirlərinin indeksləşdirilməsi — istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində gəlirlərdə yaranan itkilərin tam və ya qismən kompensasiyası.
Dünya təcrübəsində əhalinin gəlirlərinin indeksləşdirilməsinin iki əsas forması mövcuddur:
Əmanətlərin indeksləşdirilməsi — ümumi qiymət səviyyəsi dəyişdikdə əmanətçiyə ödənilən faiz dərəcəsinin ölçüsünün avtomatik dəyişməsi.
Vergi indeksasiyası — rəsmi istehlak qiymətlərinin artım indeksinə və ya əmək haqqı indeksinə uyğun olaraq gəlir vergisinin avtomatik dəyişməsidir.
, burada Р — baza dövründə layihənin qiyməti; CPI — istehlak qiymətləri indeksi.