İndigirka (saxa Индигиир) — Saxanım şimal-şərqdə yerləşən çay. Çay Xalkan silsiləsindən başlayaraq 1726 km qət etdikdən sonra Şərqi Sibir dənizinə tökülür. Asiyanın şimal çaylarına xass olaraq şimala istiqamətlənir.
İndigirka çayı | |
---|---|
saxa Индигиир | |
Ölkələr | |
Mənbəyi | |
• Yüksəkliyi | 792 m |
Mənsəbi | Şərqi Sibir dənizi |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | 1726 km |
Su sərfi | 1.570 m³/s |
Hövzəsinin sahəsi | 360.000 km² |
|
|
DSR[ru] | 18050000112117700035295 |
Vikianbarda əlaqəli mediafayllar |
Çayın adı İndigirka olması haqqında müxtəlif versiyalar vardır. Belə ki, bu sözün anlamı «İndi cinsindən olan insan»dır [1]. Bəzən isə mənasını İt çayı[2] olduğu bildirilir.
İndigirkanın uzunluğu 1726 km , hövzəsinin sahəsi 360 min km² təşkil edir. İndigirka başlanğıcını iki çayın birləşməsindən götürür: Tyora-Yoryax[3] və Tarın-Yoryax (63 км)[4]. Çaylar başlanğıcını Xalkan silsiləsindən götürərək Şərqi Sibir dənizinə tökülür. İndigirka ilə Tyora-Yoryax çaylarının birlikdə uzunluğu 1977 kilometdir[3][5][6] Çayın hövzəsi dağlar arasında yerləşməsi təbii ki, düşmə bucağının yüksək olmasına səbəb olur.
Çayın axın hövzəsi iki yerə bölünür: dağlıq hissə (640 km) və düzənlik hissə (1086 km). Çayın yatağı 0,5—1 - 20 km arasında dəyişir. Çay mənsəbdə delta əmələ gətirir. Deltanın sahəsi 5500 km² təşkil edir.
Çayın qidalanmasının əsasını yağış suları və qar (buzlaqlar, qrut buzlar) təşkil edir. Orta sərfiyat Ust-Nerada 428 m³/s, maksimal 10 600 m³/s olur. Çayın dərinliyi 7,5 və 11,2 m arasında dəyişir. Maksimal dərinlik iyunun sonları iyulun əvvəlləri müşahidə edilir. Orta axın 13,7 milyon tondur. Çay oktyabrda donur. Mayın sonu iyunun əvvələri ddondan azad olur.
İndigirkanın yuxarı axının əsas qolları: (sağ tərəf) — Kuydusun, Kyoente, Elqi, (soldan) Nera. Aşağı axarın qolları: (sağ tərəf) Moma, Badyorixa, (soldan) Allaixa, Berelex, Selenyax və Uyondina
Çayın kənarında Oymyakon, Ust-Nera, Xonu, Belaya Qora və Çokurdağ kimi yaşayış məntəqələri vardır.
Çay gəmiçilik üçün əhəmiyyətlidir. İndigirkanın Moma qolunun başlanğıcına qədər gəmilır sərbəst irəliləyə bilir. Çayın sahillərindən qızıl çıxarılır. Suları balıqlarla zəngindir. Çayın mənsəbində Çir, Muksun, Siqi, Nelma, Omul kimi balıqlar ovlanır.
İndigirka çayı sahilində şimal yarımkürrəsinin ən soyuq məntəqəsi olan Oymyakon qəsəbəsi yeeləşir. Üstəlik sahilində abidə-şəhər olan Zaşiversk yerləşir. Şəhər sakindəri XIX əsrdə çiçək xəstəliyindan həlak oluşlar.