İndikator (kimya)

İndikator - kimyəvi reaksiyanın sonunu (hidrogen ionlarının qatılığını) asan nəzərəçarpan əlamətdə müəyyənləşdirməyə imkan verən üzvi, yaxud qeyri-üzvi maddə (məs. lakmus, fenolftalein).

Titirləmənin son nöqtəsini müəyyən etmək üçün işlədilir. Düzgün seçildikdə reaksiyanın ekvivalent nöqtəsi, titirləmənin sonu ilə üst-üstə düşür. Titirlənən məhlula, adətən az miqdarda indikator əlavə edilir.

Əsasən 5 növdür:

  • Turşu-əsas indikator - mühitin hidrogen göstəricisi dəyişdikdə öz rəngini dəyişən maddələr (məs. metiloranj, fenolftalein) və fluoressent indikatoru daxildir.
  • Oksidləşmə-reduksiya indikator - oksidləşmə potensialı müəyyən həddə çatdıqda öz rəngini dəyişən reaktivlər (məs., metilenblau, difenilamin).
  • Kompleksonometrik indikator - metal ionları ilə rəngli kompleks birləşmələr əmələgətirənmaddələr (məs., qara eriodrom, narıncı ksilenol). Bunlara metalloxrom da deyilir.
  • Adsorbsiya indikatoru - çökdürmə üsulu ilə müəyyən edilən son titirləmə nöqtəsində onun rəngini dəyişən maddələr (məs. eozin və fluorssein boyaları).
  • Xemilüminssent indikatoru - titirləmənin son nöqtəsində işıqsaçan maddələr (məs. lüminol, siloksen).
Trifenilmetan
Sənaye azobenzolun quruluşu

.

  • A. Məhərrəmov, M.Allahverdiyev və b. "Kiçik kimya ensiklopediyası", Bakı-1997.