İndiki bitmiş zaman

İndiki bitmiş zaman (Present Perfect) - keçmişdə qeyri-müəyyən bir vaxtda baş verən və nəticəsi indiki zamanla əlaqəli olan zaman forması.[1] İndiki bitmiş zaman "to have" feli və keçmiş feli sifət vasitəsilə düzəldilir:[1]

  • Biz yeni informasiya verərkən bu zaman formasından istifadə edirik: Ow! I've cut my finger.
  • Bu zaman formasında hərəkət keçmişdə, nəticə isə indiki zamandadır: I have lost my keys. I can't open the door now.
  • "gone to" ilə "been to" arasındakı fərq: He has gone to Rome. (O, hal-hazırda Romadadır.)He has been to Rome. ( O, hal-hazırda geri dönüb.)
  • İndiki bitmiş zaman "just" , "already" və "yet" sözləri ilə istifadə edilə bilər. "Just" dilimizə "indicə" kimi tərcümə olunur və təsdiq cümlələrdə köməkçi fellə əsas felin arasında istifadə edilir: She has just had lunch. "Already" dilimizə "artıq" kimi tərcümə olunur və təsdiq cümlələrdə köməkçi fellə əsas felin arasında istifadə edilir: He has already left. "Yet" dilimizə "hələ" kimi tərcümə olunur və inkar və sual cümlələrin sonunda işlədilir: Has it stopped raining yet? [1]
  1. 1 2 3 Raymond Murphy. English grammar in use. p. 14