İndiqator (iqtisadiyyat)

İndiqator (Indicator) — Hər hansı prosesin müəyyən dövr ərzində gedişatını xarakterizə edən mütləq və ya nisbi göstərici. Fond birjasının indiqatoru isə qiymətli kağızlar bazarında müəyyən dövr ərzində aparılan əməliyyatların həcminin, maliyyə alətlərinin gəlirliliyinin, o cümlədən faiz dərəcələrinin dinamikasının, alqı-satqı əməliyyatlarının həcminin öncədən qiymətləndirilməsi məqsədi ilə istifadə edilən göstəricidir. Fond birjasının indiqatoru birja mütəxəssisləri tərəfindən istifadə olunur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, "NURLAR" Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.107