İnehsit - Altay şamanizminde doğum ilahəsi. İnehsit Xanım və ya İyehsit Xatun olaraq da bilinər. Güclü gülüşləriylə doğan qadına hətta ev heyvanlarına da kömək edər. Gülüş Türk mədəniyyətində fərqli bir əhəmiyyətə malikdir. Bolluq, toxgözlülük kimi mənaları vardır. Ona görə bir şaman doğularkən gülərək həyata başlayır. Bir qadının edilən bir mərasimlə böhran halında güldürülməsi onun sonsuzluqdan xilas olacağı mənasını verər. Qəhqəhə cinsiliyi xatırladar. Gülüş bəzən nağıllarda ölünü belə dirildir.
(İye/İne/Ene) kökündən törəmişdir. Ana və sahiblik mənaları ehtiva edir. Türklərdə bəzi boylarda müqəddəs olaraq qəbul edilən İnek sözü ilə eyni kökdən törəmişdir. Monqolcada İneh sözü gülmək deməkdir və Tungus dillərinin hamısında da yenə gülmə mənası ehtiva edər. Gülmək sehrli bir fakt olub bərəkət gətirdiyinə inanılar, İyehsitin gülərək doğum edən qadınlara köməkçi olduğu deyilər. İye sözü ilə də əlaqəlidir. (İyi) "Yaxşı" və (İyilik) "Yaxşılıq" sözləriylə də eyni kökdən gəlir.
Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.