FCİ Tallin (İnfonet Tallin Futbol Klubu) — Tallin şəhərinin Lasnamae ərazisini təmsil edən və hal-hazırda Meystriliqada mübarizə aparan peşəkar Estoniya futbol klubudur.[2]
Tallin FKİ | |||
---|---|---|---|
Klubun tam adı | Football Club Infonet Tallinn[1] | ||
Ölkə | Estoniya | ||
Yaranma tarixi | 29 yanvar 2002 | ||
Stadionu | İnfonet Lasnamaye stadionu, | ||
Tutumu | 400 | ||
Prezidenti | Andrey Leşkin | ||
Baş məşqçisi | Aleksandr Puştov | ||
Liqa | Meystriliqa | ||
2016 | 1 | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Klub 2002-ci ildə təsis edilmişdir. Klubu 2013-cü il mövsümündən etibarən Meystriliqada çıxış edir və heç vaxt Estoniyanın birinci diviziyasına enməmişdir.
İnfonet 29 yanvar 2002-ci ildə təsis edilmişdir. 2011-ci il Esiiliqadakı (İkinci Diviziya) çıxışından sonra Bersi və Atletik klubları ilə birləşdirilmişdir. Komandaya baş məşqçi kimi Aleksandr Puştov gətirilir. İnfonüt 2011-ci ildə Esiiliqada ikinci yeri tutur və pley-offa vəsiqə qazanır. Lakin pley-offda Kuressaare klubuna 1-5 hesabı ilə məğlub olaraq Premyer Liqaya vəsiqə qazana bilməmişdir. İnfonet 2012-ci ildə Esiiliqanın qalibi olur və Meystrilliqaya vəsiqə qazanır. İlk mövsümdə Estoniyanın Əsas Liqasında 6-cı yeri tutur.
Klub 13 iyul 2015-ci ildə 2015-16 Estoniya Kuboku mövsümündə həvəskar komanda olan Virtsu klubunu 36-0 hesabı ilə məğlub edərək Abroat klubunun 130 illik rekordunu yeniləmişdir.[3]
İnfonet Avropada debütünü 2016-17 UEFA Avropa Liqasında etmişdir. Lakin klub birinci təsnifat mərhələsində Hart of Midlotian klubuna ümumilikdə 3-6 hesabı ilə məğlub olaraq turnirlə vidalaşmışdır.
İnfonet 2016 Meystriliqada 80 xal toplayaraq turnirin qalibi olmuşdur.[4]
|
|
Mövqe | Adı |
---|---|
Məşqçi | Aleksandr Puştov |
Məşqçi köməkçisi | Sergey Bragin |
Qapıçıların məşqçisi | Oleq Andreyev |
Məşqçi | Karyera |
---|---|
Andrey Borissov | 2011 |
Aleksandr Puştov | 2011– |