İnformasiya mədəniyyəti

İnformasiya mədəniyyəti (en: Information culture, ru: Информационная культура) — insanın informasiya cəmiyyətinə uyğunlaşması üçün zəruri olan bilik və vərdişlərdir. Hazırda bu anlayış altında, ilk növbədə, informasiya texnologiyalarından istifadə bacarığı və ona olan tələbat nəzərdə tutulur. Başqa sözlə, informasiya cəmiyyətində o insan “mədəni” hesab olunur ki, o, informasiya texnologiyalarından istifadə edə bilir. İnformasiya mədəniyyətinin formalaşmasında kom pyuter şəbəkələrinin rolu çox böyükdür.[1]

İnformasiya mədəniyyəti:

  • Cəmiyyətin informasiya resurslarından və informasiya kommunikasiya vasitələrindən effektli istifadə etmək bacarığıdır
  • Cəmiyyətdə informasiyalaşma və informasiya texnologiyaları vasitələrinin inkişafı sahəsində qabaqcıl nəaliyyətlərin tətbiqidir
  • Müasir texniki vasitə və metodlardan, kompüter texnologiyalarından istifadə etməklə informasiyanın əldə edilməsi və ötürülməsi bacarığıdır.
  1. "İnformasiya texnologiyaları" (PDF). 2018-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-12-14.