İngilis - ispan müharibələri (16-18-ci əsrlər). İngiltərə ilə İspaniya arasında dənizdə ağalıq və müstəmləkələrin işğal edilməsi uğrunda olan müharibə. Səbəbi sürətlə inkişaf edən və 16-cı əsrin ikinci yarısında satış bazarları və xammal mənbəyi əldə etməyə çalışan İngiltərənin, o dövrün ən güclü müstəmləkə və dəniz dövləti olan İspaniya ilə olan rəqabət oldu. Bu müharibə 1586-1604-cü il müharibəsi ilə başladı. İngiltərə rəqabətini birdəfəlik ləğv etmək qərarına gələn II Filipp Britaniya adalarına yürüş məqsədilə 40-minlik ekspedisiya korpusu yaratdı. Qoşun daşımaq üçün nəzərdə tutulan böyük və hündür göyərtəli gəmilərdən ibarət çoxsaylı donanma dəniz döyüşləri üçün nəzərdə tutulmamışdı. Bu yürüşün qarşısını almağa çalışan İngiltərə ayrı-ayrı kiçik donanmaların qüvvəsi ilə İspaniya sahillərinə və gəmilərinə hucumlar təşkil etməyə başladı. İngilis eskadrasının 1587-ci ildə Kadis limanına hucumu ispan donanmasının İngiltərəyə yürüşünü bir il gecikdirdi.
1588- ci ildə 130 gəmidən ibarət Məğlubedilməz armada adlandırılan donanma İngiltərə sahillərinə yürüş etdi, lakin La Manş boğazında darmadağın edildi. Yeni ekspedisiya hazırlıqlarının qarşısı, ingilis donanmasının ispan sahillərindəki fəal əməliyatları ilə alındı. 1596-cı ildə (17 ingilis və 24 holland, 150 nəqliyyat gəmisində 7360 əskərlə birgə) ibarət ingilis-hollandiya birləşmiş donanması Kadisi zəbt etdi. İspaniyanın 1597-ci ildə İrlandiya üsyanını dəstəkləmək və oraya desant çıxarmaq cəhdi güclü külək səbəbindən uğursuzluqla bitdi. 4-ildən sonra 1601-ci ildə ispanlar İrlandiyaya quru qoşun dəstəsi çıxara bildilər, lakin onun təchizatsız qalması təslim olması ilə nəticələndi. 1604-ci ildə sülh müqaviləsi bağlandı. İspaniya öz müstəmləkələrini saxlaya bilsə də onun dəniz ticarətindəki inhisarı böyük dərəcədə sarsıldı.
Bu müharibədə ingilislərin tərəfindən Fransa və Hollandiyanın çıxış etməsinə baxmayaraq tərəflər üçün nəticəsiz qaldı. 25 gəmidən və qoşunla birgə 90 nəqliyat gəmisindən ibarət ngilis-holland donanmasının yenidən Kadisi zəbt etmək cəhdi baş tutmadı. Bu müharibə 1630-cu ilin noyabrında Madriddə bağlanan sülh və ittifaqla nəticələndi.
Bu müharibədə ingilislərin tərəfində Fransa çıxış etdi. 1655-ci ilin mayında ingilis donanması Yamaykanı ələ keçirdi, 1657-ci ilin aprelində fransızların dəstəyilə ispan donanmasını Tenerife adası(Kanar adaları) yaxınlığında məğlub etdilər, 1659-cu ilin iyununda Dünkerki zəbt etdilər. Hərbi əməliyatlar 1659-cu ilin sonunda bitdi.
Bu müharibədə ingilislər 1704-cü ilin 4 avqustunda çox vacib strateji məntəqə olan Cəbəllütariqi zəbt etdilər və orada donanma üçün dayaq bazası yaratdılar. İspaniya həmçin Sardiniya, Siciliya, Milan və Neapolu itirdi. Bundan başqa İngiltərə ispan müstəmləkələrində asyento hüququ - zənci-qulları ticarəti ilə məşğul olmaq üçün inhisar hüququ - qazandı.
1718-1720-ci illər müharibəsində İspaniya Aralıq dənizində olan mülklərini geri almağa çalışdı. Lakin admiral Q. Binqin komandanlığı ilə ingilis donanması ispanların Aralıq dənizi donanmasını darmadağın etdi. İngilislərin əsas strateji xətti rəqibin donanmasının həm öz qüvvələri həm də müttəfiqləri (Fransa, Hollanda və Avstriya) qüvvələri ilə məğlub edilməsindən ibarət idi ki, bu da son nəticədə müharibənin taleyini həll etdi.
Bu müharibədə İspaniya yenə Cəbəllütariqa qaytarmaq üçün uğursuz cəhd etdi. İngilis donanması Vest-Hind adalarını blokadaya aldı, bu ispan donanmasını müharibənin aparmaq üçün vəsaitdən məhrum etdi.
Panama bərzahında ispan müstəmləkələrini ələ keçimək üçün başlanan bu müharibə İngiltərə üçün uğursuz bitdi. Bu məqsədlə yaradılan biri Meksikan körfəzindən o birisi isə Sakit okean tərəfdən hucum etməli olan iki eskadra bu məsələni həll edə bilmədilər.
Bu müharibədə İngiltərə İspaniyaya həlledici zərbəni vurdu. İngilislərin vest-hind sularındakı böyük üstünlüyü Kubada Havananı zəbt etməyə imkan verdi. Eyni vaxtı Ost-Hind şirkəti Filippindəki Manilanı işğal etdi. İspaniya faktiki olaraq bütün donanmasını itirdi. 1763-cü il Paris sülh müqaviləsinə görə İspaniya Havanı və Manila əvəzinə İngiltərəyə Floridanı güzəştə getdi.
Şimali Amerikanın müstəqillik uğrunda müharibəsində İspaniya, Fransa və Hollandiya ilə birlikdə 1779-cu ildə İngiltərəyə qarşı çıxış etdi. Paris sülh müqaviləsinə görə İspaniyaya Floridanın bir hissəsi və Menorka adası qaytarıldı. İngilis-ispan müharibələrinin nəticəsində İspaniya müstəmləkə və dəniz qüdrətini itirdi. İngiltərənin daha güclü və müasir silahlarla təçhiz edilmiş donanması var idi, və bu ingilislərə dəniz kommunikasiyalarında fəal hərəkət etmək, geniş blokada əməliyatlarından faydalanmaq və əsas zərbəni vurmaq üçün əlverişli məqamı seçmək imkanı verirdi.