İnkişaf cəhənnəmi və ya inkişaf ləngiməsi media və proqram təminatı (software) sənayəsində hər hansı bir layihənin, konsepsiyanın və ya ideanın uzun müddət inkişaf mərhələsində qalaraq tez-tez müxtəlif yaradıcı heyət, skript, oyun mühərriki və ya studiya dəyişdirməsini ifadə etmək üçün işlədilən jarqonudur. İnkişaf cəhənnəmindəki layihələr əslində çox iddialı məqsədlərə malikdir və gecikdirilməsində məqsəd həmin nailiyyətlərə çatmaq üçün uyğun vaxtın, texnologiyanın və ya şəraitin gözlənilməsidir. İstehsal cəhənnəmi bir filmin istehsala girdiyi, lakin post mərhələsinə keçmədən uzun müddət bu vəziyyətdə qalmasına deyilir.
Bu termin həmçinin planlaşdırılmış vaxtda tamamlanmaq əvəzinə, planlaşdırma və ya inkişaf mərhələlərində gözlənilmədən ləngimiş hər hansı bir layihəyə də şamil edilə bilər.
Kino sənayesi şirkətləri tez-tez bir çox məşhur romanlar, videooyunlar və komikslər üçün film hüquqlarını alsalarda, onların uğurla ekrana gətirilməsi illər çəkə bilər və çox vaxt süjetdə, personajlarda və ümumi tonda əhəmiyyətli dəyişikliklərə ehtiyac duyulur. Bu pre-istehsal prosesinin aylarla və ya illərlə davam etməsinə səbəb ola bilər. Çox vaxt uzun müddət bu vəziyyətdə qalan layihə bütün maraqlı tərəflər tərəfindən tərk edilə və ya tamamilə ləğv edilə bilər. Hollivud buraxılandan on dəfə çox layihəyə başladığı üçün, bir çox skript bu limbo vəziyyətdə qalır.[1] Seçilmiş bütün kitabların iki faizindən az hissəsi böyük ekrana çıxa bilir.[2] İnkişaf cəhənnəmi ən çox müxtəlif şərhləri olan və bir neçə baxış nöqtəsini əks etdirən layihələrlə baş verir.[3][4] İstehsal cəhənnəmi bir filmin istehsala girdiyi, lakin posta keçmədən uzun müddət bu vəziyyətdə qaldığı zamana aiddir.[5]
Televiziya serialları mövsümlər arasında inkişaf cəhənnəmini yaşaya bilər, nəticədə bir mövsümdən digərinə keçmə uzun vaxt alır.
Videooyunların inkişafı illərlə, bəzən on ildən çox dayandırıla bilər. Buda çox vaxt bir layihənin müxtəlif studiyalar dəyişdirməsi, oyunun bir çox hissəsinin təkrarlanması və ya tərk edilməsi və ya oyun proqramının özünün inkişafı ilə bağlı çətinliklər səbəbindən baş verir.[6]