Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
İnnovasiyalar Mərkəzi – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindədir. "Innovasiyalar Mərkəzi" sosial yönümlü innovasiyalarla bağlı araşdırmaların aparılması, innovativ həllərin dövlət orqanları və biznes qurumları tərəfindən istifadəsi və tətbiqi üçün yaradılıb.[1]
İnnovasiyalar Mərkəzi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 30.12.2013 |
Tabelik | Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi |
Rəhbərlik | |
Rəhbər | Vüsal Rüstəmov |
|
|
Rəsmi saytı | icenter.az |
İnnovasiyalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
"İnnovasiyalar Mərkəzi" dövlət orqanları və biznes sektorundakı müəssisə və qurumlarla əməkdaşlığın genişləndirilməsinə hər zaman şərait yaradır. Mərkəz innovativ ideyaların hazırlanması və tətbiqi ilə bağlı işlərin görülməsi üçün bütün texniki imkanlara, ixtisaslı kadrlara və mütəxəssislərə malikdir.
"İnnovasiyalar Mərkəzi"-nin fəaliyyət istiqamətləri genişdir. "ASAN Xidmət" mərkəzlərində, Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlarda və digər təşkilatlarda informasiya texnologiyalarının tətbiqi və onlara texniki dəstəyin verilməsi, innovativ həllərin tətbiqi, informasiya sistemlərinin və informasiya ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi, bir çox təlim və treninqlərin keçirilməsi də mərkəzin məqsədlərindəndir.
Keyfiyyət sahəsində olan strategiyamız ümumi inkişaf konsepsiyamızın ayrılmaz hissəsidir. Biz, "İnnovasiyalar Mərkəzi" olaraq, fəaliyyətimizdə ən qabaqcıl və mükəmməl, son texnologiyaların tətbiqini, təklif etdiyimiz xidmətlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini daima ön plana çəkirik.
Biz xidmət sahələrimizi ümumi inkişaf strategiyamıza uyğun olaraq müştərilərin və sifarişçilərin ehtiyac və tələblərini nəzərə almaqla genişləndiririk. Bu məqsədlə də müştərilərin istək və arzuları müntəzəm olaraq tərəfimizdən öyrənilir və təhlil olunur; keyfiyyət sahəsində qəbul edilmiş qərarları rəhbər tutaraq hazırkı və uzunmüddətli dövr üçün dövlət və özəl müştərilərin maraqlarını nəzərə almaqla keyfiyyəti idarəetmə sisteminin yararlılığının, adekvatlığının və səmərəliliyinin təmin edilməsi məqsədilə dövri olaraq təhlilləri aparmaq öz öhdəmizə götürürük.
Bu məqsədlə də öz işimizdə olan ən yaxşı təcrübələri nəzərə alır və proseslərin və layihələrin idarə edilməsi zamanı sistemli yanaşma prinsipini əsas götürürük. Bu üzdən də proseslərin qarşılıqlı şəkildə koordinasiya olunması, daxili idarəetmənin mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi bizim prioritet məsələlərimizdən biridir.
"İnnovasiyalar Mərkəzi"nin göstərdiyi xidmətlərin keyfiyyət göstəricilərini beynəlxalq və milli standartlara, Azərbaycan Respublikasının qanunvericilik və normativ qaydaların tələblərinə uyğundur.
Heyətimiz fəaliyyət göstərdiyimiz sahələrdə yarana biləcək riskləri maksimum dərəcədə azaltmaq məqsəd ilə dövri olaraq riskləri qiymətləndirir və təhlillər aparır. Bu üzdən də ışçi heyətimizin bilik, bacarıq və səriştəliliyinin artırılması üçün mütəmadi olaraq təlimlər keçiririk.
"İnnovasiyalar Mərkəzi" olaraq bizimlə əlaqədə olan podratçılara, firmalara, müəssisələrə və digər partnyorlara İSO 9001:2015 standartının (Keyfiyyət İdarəetmə Sistemi) tələblərinin əlçatan olmasını təmin edirik.
Müəssisəmizin rəhbərliyi fəaliyyətinin keyfiyyət meyarlarının yüksək səviyyədə olmasına əmin olmaq məqsədilə daim təhlillər aparır və lazımi nəticələrə nail olmaq üçün qabaqlayıcı tədbirlər görür. Bununla da "İnnovasiyalar Mərkəzi"nin rəhbərliyi qeyd edilmiş prinsiplərə şərtsiz əməl edir və keyfiyyəti idarəetmə sisteminin təhlil edilməsi və səmərəliliyinin daim artırılması üçün məsuliyyət daşıdığını bildirir.
https://az.trend.az/azerbaijan/society/3502127.html
http://abc.az/mobile/view.php?id=67257&lng=az
http://www.e-qanun.az/framework/26864
https://azpress.az/index.php?lang=az§ionid=news&id=115682
https://baku.ws/politics/111591