İnqa Alekseyevna Karamçakova (d. 29 aprel 1978) — Rusiyalı sərbəst güləşçi. İnqa Karamçakova 1998-2002-ci illərdə ardıcıl olaraq beş dəfə Avropa çempionu oldu. İnqa Karamçakova həm də Dünya Çempionatında iki dəfə gümüş və iki dəfə bürünc medal qazanıb.
İnqa Karamçakova | |||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||
Tam adı | İnqa Karamçakova | ||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Rusiya | ||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||
Boyu | 157 sm. | ||||||||||||||||||||||||||||||||||
Çəkisi | 50 kq | ||||||||||||||||||||||||||||||||||
İdman növü | Güləş | ||||||||||||||||||||||||||||||||||
Medallar
|
İnqa Karamçakova beynəlxalq səviyyədə birinci uğurunu 1998-ci ildə Slovakiyanın paytaxtı Bratislava şəhərində qazandı. Həmin il o, Avropa çempionatının qızıl medalını qazandı. Elə həmin ildə Poznan şəhərində Dünya çempionatının bürünc medalını qazanan İnqa Karamçakova ümumi olaraq karyerasında beş dəfə Avropa çempionu olub. Dünya Çempionatlarında isə İnqa Karamçakova 1998 və 1999-cu illərdə bürünc, 2000 və 2002-ci illərdə isə yalnızca finalda uduzaraq gümüş medal qazanlb.