İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi

İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi — Türkiyədə fəaliyyət göstərən və xalq hakimiyyəti qurmağa çalışan marksist-leninist təşkilatıdır.

İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi
DHKP-C
Devrimci Halk Kurtuluş Partisi-Cephesi
Loqonun şəkli
Yaranma tarixi 1978 (Dev Sol adıyla)
1994 (DHKP-C adıyla)
Qurucusu
  • Dursun Qaradaş[d]
Sədr Bilinmir (qeyri-qanuni partiya)
halkinsesi.tv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keçmiş adı İnqilabçı Sol olan təşkilat Dursun Karataş tərəfindən 1970-ci illərdə yaradılmışdır. Təşkilatın hədəfi oliqarxiya və burjua cəbhələridir.

Terror aktları

[redaktə | mənbəni redaktə et]
  • 9 iyun 1995-ci il İstanbulda bir polis əməkdaşı Demokratik Yol Partiyası binası qarşısında biri qadın daxil 3 terrorçu tərəfindən öldürülmüşdür.
  • 29 sentyabr 1995-ci il İstanbulda iki əsgər Daxili qoşunlar komandirliyi binası qarşısında məşhur terrorçular Mustafa Duyar ilə İsmayıl Akkol tərəfindən öldürülmüşdür.
  • 9 yanvar 1996-cı il İstanbulda iş adamı Özdəmir Sabancı Haluk Gürgen və sekretar Nilgün Hacetepe holding şirkətində qətlə yetirilmişlər.
  • 23 may 1991-ci il Adana Bölgə Daxili qoşunlar komandiri Temel Cingöz güllələnərək öldürülmüşdür.
  • 30 yanvar 1991-ci il Ankarada təqaüddə olan general Hulusi Sayın evinin qarşısında silahlı basqın nəticəsində öldürülmüşdür.
  • 13 oktyabr 1991-ci il İstanbulda təqaüddə olan orgeneral Adnan Ərsöz evində üç terrorçu tərəfindən öldürülmüşdür.
  • 19 avqust 1991-ci il Türk-İngilis birgə quruluşu olan Siğorta şirkətinin Ümumi Mödir müavini Andrev Bloke öldürülmüşdür.
  • 4 dekabr 1991-ci il İstanbul Polis şöbəsi mödir müavini Şakir Koç və cangüdəni Vedat Dilmaç öldürülmüşdür.
  • 2 fevral 1992-ci il İstanbul və Adanada iki polis maşına avtomat silahlardan atəş açılması nəticəsində 4 polis əməkdaşı şəhid olmuşdur.
  • 6 fevral 1992-ci il Adanada terrorçular polis şöbəsi mödirliyinə atəş açmışlar. İstanbulda Dövlət Təhlükəsizlik Məhkəməsi prokuroru Yəşar Günaydın evinin qarşısında cangüdəni və sürücüsü ilə birlikdə öldürülmüşlər.
  • 24 mart 1992-ci il İstanbulda Milli Kəşfiyyat Dairəsi Təşkilatına məxsus xidmət avtobusunun atəşə tutulması nəticəsində Dairənin 2 əməkdaşı şəhid olmuş və 9 nəfər yaralanmışdır.
  • 9 aprel 1992-ci il İzmirdə polis məktəbi avtobusu terrorçular tərəfindən atəşə tutulmuşdur. 1 polis əməkdaşı ilə 1 müəllim şəhid olmuşdur.
  • 18 aprel 1992-ci il İstanbul Qaziosmanpaşada terrorçuların polis postunu atəşə tutmaları nəticəsində 1 polis ilə 1 gözətçi şəhid olmuşdur.
  • 2 may 1992-ci il İstanbul Polis şöbəsinin 5 əməkdaşı bir çayxanada terrorçular tərəfindən öldürülmüşdür.
  • 24 iyul 1992-ci il Terrorçular İstanbul baş polis idarəsinin Çağaloğlundakı binasını raket atəşinə tutmuşlar.
  • 17 noyabr 1992-ci il İstanbulda terrorçuların polis postunu pusquya salmaları nəticəsində 4 polis əməkdaşı şəhid olmuşdur.
  • 7 dekabr 1992-ci il Antaliyada terrorçuların polis avtobusuna silahlı basqın etmələri nəticəsində 4 polis əməkdaşı həlak olmuş və 25 polis əməkdaşı yaralanmışdır.
  • 24 dekabr 1992-ci il Terrorçular bir gəmini partlatmışlar. Nəticədə 1 nəfər həlak olmuşdur.
  • 23 mart 1992-ci il Adanada terrorçuların hücumunda polis şöbəsi mödirliyinin əməkdaşı kommissar Ərdoğan Çatakın avtomobilinin atəşə tutulması nəticəsində sürücü həlak olmuş və Çatak ağır yaralanmışdır.
  • 27 mart 1991-ci il İş adamı Əli Şənin vertolyotu partladılmışdır.
  • 7 aprel 1991-ci il Təqaüddə olan tuğgeneral Memduh Ünlütürk öldürülmüşdür.
  • 7 yanvar 1991-ci il Təqaüddə olan polkovnik Ata Burcu öldürülmüşdür.
  • 26 yanvar 1991-ci il Adanada ABŞ konsulu və Türk Amerikan Mədəniyyət Dərnəyinə partlayıcı atılmışdır.
  • 23 may 1991-ci il Ankarada təqaüddə olan Daxili qoşunlar komandiri İsmayıl Selen öldürülmüşdür.
  • 29 iyul 1992-ci il İstanbulda təqaüddə olan general Kamal Kayacan evind güllələnərək öldürülmüşdür.
  • 26 sentyabr 1991-ci il İstanbulda kəşfiyyatçı Hiram Abbas evinin qarşısında qətlə yetirilmişdir.
  • 16 iyul 1997-ci il Polis maşına raketli hücum edilmişdir.
  • 14 iyul 1997-ci il Hərbiyyə zabitlər klubuna təşkil olunmuş terror hücumu nəticəsində az miqdarda dağıntı olmuşdur.
  • 29 sentyabr 1994-cü il Ankarada Türkiyənin keçmiş ədliyyə naziri Mehmet Topak öldürülmüşdür. İstanbulda terrorçular bir polis işçisini öldürmüşlər.
  • 12 iyul 1992-ci il İstanbulda terrorçular ABŞ konsuluna hücum etmişlər.
  • 19 mart 1995-ci il İstanbulda terrorçular polis şöbəsinə hücum etmişlər.
  • 16 iyun 1997-ci il İstanbulda terrorçular polis şöbəsi binasına silahlı hücum etmişlər.
  • 23 yanvar 1990-cı il İstanbulda baş verən terror hadisələrində biri təqaüddə olan polkovnik daxil 3 nəfər həlak olmuşdur.
  • 24 yanvar 1990-cı il İstanbulda iki bank şöbəsinə partlayıcı atılmışdır.
  • 30 yanvar 1990-cı il İstanbulda bir yol polisi öldürülmüşdür.
  • 19 oktyabr 1990-cı il İstanbulda həbsxana tikintisi partladılmışdır.
  • 25 oktyabr 1990-cı il Ankarada təqaüddə olan bir polkovnik silahlı hücum nəticəsində öldürülmüşdür.
  • 3 oktyabr 1990-cı il İstanbulda polis şöbəsinə əl qumbara atılmışdır.
  • 12 noyabr 1990-cı il İstanbul Bayrampaşa Kapalı Həbxana prokuroru Niyazi Fikret Aygen öldürülmüşdür.
  • 11 yanvar 1991-ci il İstanbulda sabiq bir polis əməkdaşı öldürülmüşdür. İstanbul Bayrampaşada bir polis əməkdaşı silahlı hücum nəticəsində öldürülmüşdür.
  • 14 yanvar 1991-ci il İstanbul Şişlidə Türkiyə Metal Sənaikiləri Peşəsi ilə Kızıl rayonunun Ana vətən Partiyası Təşkilatı bürolarına terror partlayışı törədilmişdir.
  • 21 yanvar 1996-cı il ABŞ işləriylə məşğul olan büro partladılmışdır.
  • 23 yanvar 1991-ci il İki Amerikan quruluşuna törədilən hücumda 1 nəfər yaralanmışdır.
  • 4 fevral 1991-ci il Adanada Amerika bazasının bir əməkdaşı öldürülmüşdür.