İnqilab Əhmədov

Əhmədov İnqilab Ağacan oğlu (23 oktyabr 1960) - professor, Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin dekanı, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktoru

İnqilab Əhmədov
İnqilab Ağacan oğlu Əhmədov
Doğum tarixi (62 yaş)
Doğum yeri Lənkəran, Azərbaycan
Elmi dərəcəsi İqtisad elmləri doktoru
Elmi adı professor
Təhsili Sankt-Peterburq Dövlət Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

Əhmədov İnqilab 1960–cı il oktyabrın 23-də Lənkəranda anadan olmuşdur. 1982-1987-ci illərdə Sankt-Peterburq Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil almışdır. 1987-1990-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspirantura pilləsini tamamlamışdır. 2000-ci ildə Sankt–Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetində iqtisad elmləri doktoru elmi dərəcəsini almışdır. 2008-ci ildə “Chevening” təqaüd proqramı nəzdində İngiltərənin Reading Universitetində “Enerji Iqtisadiyyatı” kursunu keçmişdir.

1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında müəllim vəzifəsində çalışmışdır. 1993-cü ildə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1997-1999-cu illərdə İqtisadiyyat Nazirliyində nazir məsləhətçisi olmuşdur. 1995-2004 cü illərdə “Trend” analitik informasiya agentliyinin baş direktoru , 2004-2010 cu illərdə İctimai Vəsaitin Monitorinqi Mərkəzində direktor vəzifəsində çalışmışdır. 2010 - cu ildən Xəzər Universitəsində Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktorudur.

2010 -cu il dekabrın 28-dən Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin dekanıdır.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

10-dan çox kitabın və 50-dən çox elmi,analitik və publisistik məqalələrin müəllifidir.

İnqilab Əhmədovun elmi axtarışları neft – qaz gəlirlərinin iqtisadiyyata təsiri, resursla zəngin ölkələrin davamlı iqtisadi inkişafa nail olması problemlərinə həsr olunub.