İnqilabi klublar

İnqilabi klublarBöyük Fransa inqilabı dövründə Parisdə yaranan inqilabi klublar:

İnqilabın ərəfəsində və gedişində inqilabi klubların çox böyük rolu olmuşdur. Bu klublar bir növ inqilabın mətbəxi idi. Konventə hazır formada təqdim olunan layihələr əvvəlcə klublarda müzakirə olunurdu. Klublar siyasi mövqelərinə görə seçilirdi. Siyasi xadimin mövqeyi və dünyagörüşü, üzvü olduğu klubun mövqeyin ilə müəyyən olunurdu.

Məşrutə inqilabı zamanı Böyük Fransa inqilabının pərəstişkarı və bilicisi olan Əli Müsyonun fəal təşəbbüskarlığı ilə, Təbrizdə, Parisin inqilabi klubları modelində məhəllə əncümənləri təşkil olunmuşdur.